“Khmer Times”: Tailandın F 16 qırıcıları Kamboca ərazisinə zərbələr endirib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 24 dekabr, AZƏRTAC
Tailandın F-16 qırıcı təyyarələri yerli vaxtla saat 10:00-da Kambocanın şimal-qərbindəki Battambanq əyalətinin Banan rayonuna altı bomba atıb.
AZƏRTAC xəbər verir ki, “Khmer Times” qəzeti bu barədə Kambocanın Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Nəşr, həmçinin Tailandın artilleriya və hava zərbələri nəticəsində sərhədyanı bölgələrdə 111 fərdi evin, beş məktəbin, üç tibb mərkəzinin və digər infrastruktur obyektlərinin zərər gördüyünü bildirib.
Xatırladaq ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Dekabrın 9-da Tailand Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları Oddar-Miençey əyalətinin inzibati mərkəzi Samrounq şəhərini bombalayıb. Kamboca ordusu isə döyüşlər zamanı Tailand ərazisinə BM-21 raketləri atıb və kamikadze dronlarından istifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 24 Dekabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















