Kiberhücumlarla bağlı Rusiyaya qarşı etiraz bəyanatının verilməsi təklif olunub
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kiberhücumlarla bağlı Azərbaycanın ictimai təşkilatlarına Rusiyaya qarşı etiraz bəyanatı verilməsinə çağırış edilib. SİA xəbər verir ki, bu barədə Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli parlamentdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirdiyi ictimai müzakirədə çıxışı zamanı danışıb.
O qeyd edib ki, Azərbaycanın bəzi media orqanlarına edilən kiberhücumlar Rusiyadan qaynaqlanıb:
“Vətən müharibəsi və antiterror əməliyyatları zamanı bu ölkədə bir sıra Azərbaycan saytları blok olunmuşdu. Həmin saytlar əsasən rusca məlumat yayan media orqanları idi. Ona görə də hesab edirəm ki, 20 fevral hücumları ilə əlaqədar ən azı ictimai təşkilatlar səviyyəsində Rusiyaya qarşı etiraz bəyanatı verilməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 02 May 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















