Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Kibertəhlükəsizlik rəqəmsal dövlətin mühafizə sistemidir DEPUTAT

Kibertəhlükəsizlik rəqəmsal dövlətin mühafizə sistemidir DEPUTAT

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kibertəhlükəsizlik artıq təkcə informasiya texnologiyaları sahəsinin deyil, milli təhlükəsizlik, iqtisadi sabitlik və rəqəmsal inkişafın əsas elementlərindən birinə çevrilib.

Bunu Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, rəqəmsal transformasiya genişləndikcə kibertəhlükəsizliyin təmin edilməsi dövlət üçün strateji əhəmiyyət daşıyır:

"Bu gün rəqəmsal transformasiya dedikdə təkcə elektron xidmətlər və ya mobil tətbiqlər nəzərdə tutulmur. Dövlət idarəçiliyi, bank sektoru, biznes və gündəlik xidmətlər getdikcə daha çox rəqəmsal platformalar üzərində qurulur. Belə olan halda bu sistemlərin qorunması da prioritet məsələyə çevrilir."

Onun sözlərinə görə, kibertəhlükəsizlik rəqəmsal dövlətin mühafizə sistemi rolunu oynayır və enerji, maliyyə, səhiyyə, nəqliyyat, rabitə və dövlət idarəçiliyi kimi kritik infrastrukturun təhlükəsizliyi ilə birbaşa bağlıdır.


Tahir Mirkişili qeyd edib ki, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkədə bu sahədə koordinasiyanın gücləndirilməsi baxımından mühüm addımdır:

"Kibertəhlükələr artıq tək bir qurumun problemi deyil. Milli Kibertəhlükəsizlik Agentliyinin əsas vəzifəsi riskləri vaxtında müəyyənləşdirmək, kiberinsidentlərə operativ reaksiya vermək, qurumlara metodiki dəstək göstərmək və vətəndaş məlumatlarının qorunmasını gücləndirməkdir."

Deputat bildirib ki, yeni yanaşma kibertəhlükələrin nəticələrini aradan qaldırmaqdan daha çox onların qarşısının alınmasına hesablanıb. Onun sözlərinə görə, təhlükəsizlik planları, risk qiymətləndirilməsi, audit mexanizmləri və ehtiyat bərpa sistemləri bu istiqamətdə əsas rol oynayacaq.

Mirkişili süni intellektin də kibertəhlükəsizlikdə əhəmiyyətinin artdığını vurğulayıb. O qeyd edib ki, süni intellekt şübhəli fəaliyyətləri və mümkün kiberhücumları ilkin mərhələdə müəyyən etməyə imkan verir və bununla da kibermüdafiə daha qabaqlayıcı xarakter alır.

Deputatın fikrincə, kibertəhlükəsizlik yalnız texnoloji məsələ deyil, insan amili də burada həlledici rol oynayır. Bu baxımdan dövlət qulluqçularının, biznes nümayəndələrinin və vətəndaşların rəqəmsal savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır.

Tahir Mirkişili əlavə edib ki, dövlət informasiya sistemlərinin "Hökumət Buludu" (G-Cloud) platformasına köçürülməsi informasiya təhlükəsizliyini, xidmətlərin dayanıqlığını və dövlət idarəçiliyinin səmərəliliyini artıracaq.

Deputat sonda vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Rəqəmsal Şuranın yaradılması və fəaliyyətinə xüsusi diqqət ayırması Azərbaycanda rəqəmsallaşma prosesinin təhlükəsizlik amilləri nəzərə alınmaqla həyata keçirildiyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyul 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri