Icma.az
close
up
RU
Kibertəhlükəsizlik riskləri artır: Sosial media, süni intellekt və onlayn fırıldaqçılıqlar ŞƏRH

Kibertəhlükəsizlik riskləri artır: Sosial media, süni intellekt və onlayn fırıldaqçılıqlar ŞƏRH

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər kibertəhlükəsizlik, sosial media təhlükələri, süni intellektin istifadəsi, onlayn fırıldaqçılıq və şəxsi məlumatların qorunması məsələləri xüsusi aktuallıq kəsb edir. Bu risklərdən həm fərdi istifadəçilər, həm də təşkilatlar təsirlənir.

Bəs bu halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan İT mütəxəssisi Elvin Abbasov vurğulayıb ki, son illərdə süni intellektin sürətli inkişafı kibertəhlükəsizlik sahəsinə həm yeni imkanlar, həm də ciddi risklər gətirir:

“Süni intellekt əsaslı texnologiyalar kibercinayətkarlar tərəfindən saxta kontent (deepfake), hədəflənmiş fişinq mesajları və avtomatlaşdırılmış hücumların daha effektiv şəkildə həyata keçirilməsi üçün istifadə oluna bilər. Digər tərəfdən, süni intellekt müdafiə aləti kimi də çıxış edərək təhdidlərin daha erkən aşkarlanması, anomal davranışların təhlili və avtomatlaşdırılmış cavab mexanizmlərinin yaradılmasına imkan verir.

Sosial şəbəkələrdə hazırda ən geniş yayılmış risklər hesab oğurluqları, saxta profillərlə fişinq, şəxsi məlumatların sızdırılması və manipulyasiya məqsədli dezinformasiya kampaniyalarıdır. İnsanlar çox vaxt şifrələrini zəif seçir, iki mərhələli qorumanı aktiv etmir və şəxsi məlumatlarını ictimaiyyətlə paylaşmaqla özlərini riskə atırlar.

İstifadəçilərin gündəlik həyatda ata biləcəyi sadə addımlar şifrələrin mütəmadi dəyişdirilməsi və unikal seçilməsi, iki faktorlu identifikasiya sistemlərinin aktivləşdirilməsi, şübhəli linklərdən uzaq durmaq, ictimai Wi-Fi şəbəkələrindən istifadə edərkən ehtiyatlı olmaq və tətbiqlərə yalnız zəruri icazələr verməkdir”.

Mütəxəssis bildirib ki, maarifləndirmə məsələsində həm təhsil sistemində, həm də mediada müəyyən boşluqlar qalmaqdadır.  :

“Məktəblərdə və universitetlərdə rəqəmsal təhlükəsizlik dərslərinin keçirilməsi, mediada isə geniş ictimaiyyət üçün anlaşıqlı və praktiki maarifləndirmə kampaniyalarının təşkili vacibdir.

Gələcəkdə süni intellektin rolu ikili olacaq. Əgər düzgün idarə olunarsa, kibertəhlükəsizliyin ən güclü qoruyucu alətlərindən birinə çevrilə bilər. Amma əks halda, cinayətkarların əlinə keçdiyi zaman daha mürəkkəb və aşkarlanması çətin hücumların həyata keçirilməsinə şərait yarada bilər. Bu səbəbdən süni intellektin etik və hüquqi çərçivədə istifadəsi, həmçinin beynəlxalq əməkdaşlıqla risklərin idarə olunması mühüm əhəmiyyət daşıyır”.

Gülxanım Əliyeva

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri