Icma.az
close
up
RU
Kibertəhlükəsizlikdə idarəetmə, risk və uyğunluq mövzusunda müzakirələr keçirilib

Kibertəhlükəsizlikdə idarəetmə, risk və uyğunluq mövzusunda müzakirələr keçirilib

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə “Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq (“Governance, Risk and Compliance – GRC)” mövzusuna həsr edilən tədbir baş tutub.

Gununsesi.info xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların məsul nümayəndələri və AKTA üzvü olan kibertəhlükəsizlik xidmət provayderləri iştirak edib. Tədbirin əsas məqsədi GRC sahəsində müasir yanaşmaların təqdim edilməsi və qarşılıqlı təcrübə mübadiləsi olub.

Tədbir çərçivəsində AKTA sədri Panah Musayev açılış nitqi ilə çıxış edib. Bildirib ki, GRC-nin əsas strateji rolu risk əsaslı düşüncə tərzinin formalaşdırılması və resursların intuitiv deyil, ölçülə bilən risk dəyərlərinə əsasən yönləndirilməsidir. Bu, artıq reaktiv deyil, proaktiv GRC modelinə keçidin göstəricisidir.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsi Elvin Balacanov kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblər arasında idarəetmə, risk və uyğunluqla bağlı təsbit olunmuş normalar və həmin normaların tətbiq olunmasının əhəmiyyəti barədə danışıb. Habelə kritik informasiya infrastrukturunda təhlükəsizlik risklərinin müntəzəm olaraq müəyyən edilməsi və qiymətləndirilməsi, eləcə də bu risklərin maliyyə yükünün hesablanaraq idarəetmədə nəzərə alınmasının ciddi aktuallıq kəsb etməsi vurğulanıb.

Tədbirdə həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndəsi Elşad Zalov çıxış edərək, adı çəkilən qurum tərəfindən icra edilən tədbirlər barədə məlumat verib.

Sonra, ekspertlər Kamran Kərimov və Murad Şəfiyev GRC üzrə maarifləndirici təqdimat ilə çıxış ediblər.

AKTA-nın icraçı direktoru Rauf Cabarov çıxış edərək, AKTA üzvü olan şirkətləri GRC üzrə müasir tələbləri öz şirkətləri daxilində tətbiq etməyə çağırıb. Onun sözlərinə görə şirkətlər qanunvericiliyin mövcud tələblərini təmin etməklə beynəlxalq çağırışlara cavab verməlidirlər. Bu məsələdə xidmət verən şirkətlərin İSO standartları üzrə sertifikatlaşmasının vacibliyi vurğulanıb. Mövzunun davamı olaraq, Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə vacib olan standartlar barədə məlumat verib və sertifikatlaşma prosesi haqqında danışıb.

Tədbirdə AKTA-nın və Keyfiyyət Assosiasiyasının birgə təşəbbüsü ilə kibertəhlükəsizlik şirkətlərinin sertifikatlaşmasına mümkün dəstək imkanları barədə məlumat verilib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Kiçik Bizneslərə Məsləhət Proqramının Azərbaycandakı rəhbəri Samir Həmidov öz çıxışında adı çəkilən proqram çərçivəsində kiçik və orta biznes subyektlərinə mümkün maliyyə dəstəyi barədə danışıb. O, KOB-ların fərqli standartlar üzrə məsləhət və sertifikasiya xidmətləri üçün EBRD vasitəsilə qrant dəstəyi ala biləcəyini qeyd edib.

Tədbirdə AKTA üzv şirkətin nümayəndələri Elvin Axundov və Elgün Bəxtiyaroğlu kibertəhlükəsizlik məhsulları barədə təqdimat edib, bu məhsulların qurumlarda insan resursları üzrə hazırlığa müsbət təsirindən danışıblar.

Tədbir iştirakçıların maraqlı müzakirələri ilə başa çatıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Oktyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri