Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Kibertəhlükəsizliyin görünməyən cəbhəsi: Yaxşı hakerlər

Kibertəhlükəsizliyin görünməyən cəbhəsi: Yaxşı hakerlər

Icma.az bildirir, Modern.az portalına istinadən.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə həyatımızın demək olar ki, bütün sahələri rəqəmsallaşıb. Dövlət qurumlarından və bank sistemindən tutmuş, sosial şəbəkələrə, onlayn alış-veriş platformalarına və şəxsi məlumatlarımıza qədər hər şey internet üzərindən idarə olunur. Bu isə rahatlıq və sürət qazandırmaqla yanaşı, yeni təhlükələri də özü ilə gətirir.

Demək olar ki, hər gün dünyanın müxtəlif ölkələrində kiberhücumlar, haker hücumları, məlumatların oğurlanması, dəyişdirilməsi və ya sistemlərin fəaliyyətinin iflic edilməsi ilə bağlı xəbərlərlə qarşılaşırıq. Bəzən bu hücumlar milyonlarla istifadəçini, bəzən isə bütöv dövlət qurumlarını və iri şirkətləri hədəfə alır. Nəticədə həm ciddi maliyyə zərərləri yaranır, həm də insanların şəxsi məlumatlarının təhlükəsizliyi risk altına düşür.

Adətən "haker" sözü eşidilən kimi insanların ağlına qanunsuz şəkildə sistemlərə daxil olan, məlumatları oğurlayan və ya zərər vuran şəxslər gəlir. İctimaiyyət daha çox bu peşənin mənfi tərəfi ilə tanışdır və "haker"  anlayışı çox vaxt cinayətkar fəaliyyətlə əlaqələndirilir.
Ancaq məsələnin digər tərəfi də var. Görəsən "yaxşı haker" anlayışı həqiqətən mövcuddurmu? İnformasiya təhlükəsizliyi sahəsində sistemləri qorumaq, boşluqları aşkar etmək və kiberhücumların qarşısını almaq üçün çalışan mütəxəssislər də varmı? Onlar hansı prinsiplərlə fəaliyyət göstərirlər, cinayətkar hakerlərdən nə ilə fərqlənirlər və bu sahədə etik qaydalar necə müəyyən olunur?

Mövzu ilə bağlı informasiya texnologiyaları (İT) mütəxəssisi Fərhad Mirəliyev Modern.az-a açıqlama verib:

“Əlbəttə ki, qeyd etdiyiniz məsələ insanların öz seçimindən asılıdır. Belə ki, bu sahədə bilikli və bacarıqlı mütəxəssislər öz biliklərini həm müsbət istiqamətdə, həm də arzuolunmaz məqsədlər üçün istifadə edə bilərlər.
Məsələn, iri İT şirkətlərinin əksəriyyətinin “Bug Bounty” proqramları mövcuddur. Bu proqramlar çərçivəsində onlar öz proqram təminatlarının açıq şəkildə test edilməsini təklif edir və testlər nəticəsində hər hansı təhlükəsizlik boşluğu aşkar olunarsa, bunun müqabilində mükafat təqdim edirlər. Yəni peşəkar mütəxəssis, məsələn, Facebook və ya WhatsApp proqram təminatını test edərkən hər hansı boşluq aşkar edərsə, bu barədə rəsmi şəkildə vendora məlumat verir və həmin şirkətin mükafatlandırma proqramı mövcuddursa, bunun müqabilində mükafat ala bilir. Bu, fəaliyyətin qanuni istiqamətlərindən biridir.
Bundan başqa, bu gün təkcə İT şirkətlərində deyil, banklarda və digər təşkilatlarda da kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən struktur və departamentlər mövcuddur. Bu qurumlarda adətən "Qırmızı Komanda" (Red Team) və "Göy Komanda" (Blue Team) fəaliyyət göstərir. Bu komandalardan biri müdafiə strategiyası və taktikasını qurur, digəri isə özünü haker rolunda təqdim edərək həmin sistemləri test edir. Başqa sözlə, onlar həm infrastrukturu qurur, həm də kənardan edilə biləcək hücumları imitasiya edərək sistemləri sınaqdan keçirirlər. Məqsəd real hücum baş verməzdən əvvəl mövcud boşluqları aşkarlamaq, onları aradan qaldırmaq və mümkün risklərə qarşı hazırlıqlı olmaqdır.
Digər kateqoriyaya aid şəxslər isə aşkar etdikləri təhlükəsizlik boşluqlarını qara bazarda satırlar. Məsələn, WhatsApp-da elə bir boşluq ola bilər ki, hələ heç kimə məlum deyil. Hər hansı bir şəxs həmin boşluğu aşkar etdikdən sonra onu rəsmi şəkildə WhatsApp-a bildirmək əvəzinə, məsələn, Rusiyanın xüsusi xidmət orqanlarına böyük məbləğ qarşılığında sata bilər. Çünki qara bazarda təklif olunan məbləğ bəzi hallarda şirkətin rəsmi mükafat proqramı çərçivəsində verilən mükafatdan daha yüksək olur. Nəticədə isə həmin boşluğu satın alan tərəflər ondan istifadə edərək müxtəlif zərərli əməllər törədə bilirlər”.

Nicat Rüstəmzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyul 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri