Icma.az
close
up
RU
KİBO ÜMİDİ: YAXUD BİR ANLAYIŞIN GÜCÜ!

KİBO ÜMİDİ: YAXUD BİR ANLAYIŞIN GÜCÜ!

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elm və təhsil bilicisi, maarifçi Etibar Əliyevin "BAZAR GÜNÜ OXULARI" silsiləsindən növbəti yazısını təqdim edirik:

“Yunan mifologiyasında ən çox sevdiyim hekayələrdən biri “Pandora qutusu”dur. Zevs odun sirrini insanlara verdiyi üçün Prometeyə qəzəblənmiş və intiqam almağı planlaşdırmışdı. O, Prometeyin qardaşı Epitemeyi Pandora adlı gözəl bir qadınla tanış edir. Onlar evlənirlər. Zevs toy hədiyyəsi olaraq onlara bir qutu verir və qadının təbiətən hər şeylə maraqlanan olduğunu bilsə də, onlara bu qutunu heç vaxt açmamalarını məsləhət görür.

Marağına qalib gəlməyi bacarmayan Pandora qutunu açır.

Şərin bütün təsəvvür oluna bilən qüvvələri qutudan çıxır və onlar insanların yaşadığı dünyaya daxil olurlar. Pandora qutunu bağlamğa tələsir, amma görür ki, qutunun dibində yalnız Elips, yəni ümid ruhu qalır. Bu, qutuda qalan yeganə yaxşı şey olur və oranı axırıncı tərk edir. “Həmişə bir ümid var” ifadəsi də buradan yaranıb. Yaponlara tarixləri başlayandan bəri bələdçilik edən də budur. Adaların məhdud təbii ehtiyatları, daim zəlzələ və sunami təhlükəsi ilə sıxılan yaponlar üçün dünyanın şər qüvvələri ilə üzləşmək dəfələrlə qaçılmaz olub. Amma onlar daim çətinliklərlə qarşılaşsalar da, heç vaxt ümidin gücünü –yapon dilində buna kibo deyilir-itirməyiblər. Kibo Beynəlxalq Kosmik Stansiya da yapon modulunun adıdır. Bu modul kosmosda təcrübə aparmaq üçün layihələndirilib YAXA (Yaponiya Tədqiqat Agentliyi) tərəfindən qurulub. 25 ildən artıq orbitdə olan bu modul elmə ümid gətirir və bəşəriyyətin tərəqqisinə kömək edir.

Ümidi kiçik miqyaslarda da sınamaq olar. Mən hər hansı bir səbəbdən depressiya hiss edəndə baxçaya çıxıb ulduzları seyr edirəm. Oradakı yüksəkliklərdə kibo modulunun planetimiz ətrafında yorulmadan fırlandığını və ayaqlarının altında olan dünyanın şər qüvvələrinə onun necə məhəl qoymadığını həmişə təsəvvürümə gətirirəm...

Biz insanlar vaxtaşırı zəifləyirik; uğursuzluğa düçar oluruq, səhvlər edirik və qaçılmaz bədbəxtliklərlə qarşılaşırıq. Lakin ümidi bizdən heç kim ala bilmir. O, daim ehtiyac duyduğumuz yolgöstərən ulduzdur. Ümidin həyati əhəmiyyəti var, onu heç vaxt itirməyin.

AH, QANBATTE!

“...108 yaşlı bir qoca bizi evində 82 yaşlı bir oğlu ilə qarşıladı. Osiro heç kimin köməyi olmadan ayağa qalxdı və xoşgəldin etmək üçün bizə yaxınlaşdı. 108 yaşlı bir qocada belə bir həyat eşqini görmək insana, əlbəttə ki, ilham verir. O bizə həyat hekyələrini danışdı. Möcüzə nəticəsində sağ qaldığı müharibə haqqında xatirələrini bölüşüb dedi ki, Okinavada çox az adam müharibədən sağ çıxıb. O, 100 yaşı tamam olduğu gün motosiklet sürdüyü anın həkk olunduğu fotoşəkli də qürurla bizə göstərdi. Keçmiş haqqında danışanda gözləri bir yeniyetmə enerjisi və həyat sevinci ilə parlayırdı. Sonra biz tərəvəz kollarını suvarmaq üçün baxçaya çıxdıq. Osiro kamera qarşısında təmkinlə dururdu. Sonda bir neçə şikuvasa (portağala bənzəyən sitrus meyvəsi) dərdi və vida hədiyyəsi kimi bizə verdi.

Mənim ona son sualım bu oldu:

- Sizcə uzunömürlülüyün sirri nədir?

Osiro belə cavab verdi:

- Qanbatte...

“Qanbatte!” yapon dilində “Əlindən gələni et! Davam et və təslim olma!” mənasını verən anlayışdır.

Yapon uşaqlar bayramda ürəklə, böyük ruh yüksəkliyi ilə rəqs edirlər. Nəyəsə nail olmaq üçün zəhmət çəkməyin. Xüsusilə də komandanın bir parçası olaraq çalışmağın məmnuniyyəti Qanbatte ruhunu gücləndirir, uşaqların entuziazmı böyüklərə də ilham verir”. 

Albert Liberman “Qanbatte! Yaponların daim irəli getmək sənəti” kitabında bizi yaponları istənilən vaxt və istənilən şəraitdə -imtahan zamanı, idman yarışlarında, yemək hazırlayarkən, adi iş günlərində-var qüvvələrini işə yönəltməyə sövq edən düşüncə tərzi ilə tanış edir. Sizləri tanış etdiyim bu mətn həmin kitabdan götürülüb. Bizim də buna bənzər anlayışımızın olmamasının səbəblərini bilirsinizmi?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri