Icma.az
close
up
RU
Kiçik ada dövlətləri COP29da maliyyələşdirmə məsələlərinin təcili həllini tələb edir MÜSAHİBƏ

Kiçik ada dövlətləri COP29da maliyyələşdirmə məsələlərinin təcili həllini tələb edir MÜSAHİBƏ

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir.

Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Antiqua və Barbudanın iqlim məsələləri üzrə səfiri Ruleta Kamaço Tomasdır.

O, inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iddialı qlobal liderliyin və əhəmiyyətli maliyyə dəstəyinin kritik əhəmiyyətini vurğulayıb.

Səfir Antiqua və Barbuda kimi kiçik ada dövlətləri üçün iqlim dəyişikliyinin ağır nəticələrinə diqqət çəkərək, beynəlxalq ictimaiyyəti həssas ölkələrə yardım öhdəliyini təsdiqləməyə çağırıb.

"Biz gözləyirik ki, iqlim dəyişikliyi ilə bağlı qlobal liderlik əvvəlki kimi iddialı və təsirli qalacaq. Xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə təsirinə gəldikdə, dünya liderlərinin qarşılaşdığımız risk səviyyəsini azaltmağa kömək etmək əzmini təsdiqləməyə ümid edirik ", - o bildirib.

Antiqua və Barbuda üçün ən kəskin problemlərdən biri haqqında danışan səfir iqlim dəyişikliyinə uyğunlaşmanın maliyyələşdirilməsinin vacibliyini vurğulayıb.

"Uyğunlaşmanın maliyyələşdirilməsi bizim üçün son dərəcə vacibdir. İqlim dəyişdikcə risklərimiz yalnız artır", - o izah edib.

Səfir qeyd edib ki, suyun temperaturunun 30 fut dərinlikdə artıq 30 dərəcə Selsiyə çatması mərcanların kütləvi ağarmasına səbəb olub. Bu, ölkənin turizm sənayesini dəstəkləyən ekosistemləri təhdid edir və insanların sağlamlığına təhlükə yaradır, çünki həddindən artıq istilik əlavə risklər törədir.

"Biz hələ insanlara olan təsirdən danışmırıq, yüksək temperatur xəstəlikləri artırır və ölkənin inkişafına əlavə çətinliklər yaradır. İnkişaf məqsədlərinə yönəldilmiş maliyyəni iqlim dəyişikliyinə cavab vermək üçün istifadə etmək məcburiyyətindəyik və bu, borc və böhranlarla dolu bir dövrəyə çevrilir", - o qeyd edib.

R.Tomas iqlim dəyişikliyinin yaratdığı maliyyə problemlərinin həlli üçün kreditlərdən deyil, qrant alətlərindən istifadə etməyə çağırıb,

"Kreditlər bizə kömək etməyəcək. Bizə iqlim defisitindən çıxmağa kömək edəcək qrant alətləri lazımdır", - o vurğulayıb.

Səfir böyük ölkələri və emissiya mənbələrini real addımlar atmağa və hesabatlı olmağa çağırıb.

"Biz onların öhdəliklərinin yerinə yetirilməsini və emissiyaların azaldılması üzrə real addımlar görmək istəyirik. Qalıq yanacaq istifadəsi azaldılmasa, kiçik ada dövlətləri iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkməyə davam edəcək", - deyə o qeyd edib.

O, həmçinin, COP29-un təşkilində Azərbaycanın rolunu dəstəkləyərək, ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini yüksək qiymətləndirib.

"Konfransı keçirdiyiniz üçün sizinlə fəxr edirik. Bu, göstərir ki, siz bu problemə öz töhfənizi vermək üçün çalışırsınız", -səfir bildirib.

Səfir Azərbaycanı və digər ölkələri qalıq yanacaqdan imtina etmək üçün innovasiya və texnologiyalardan istifadə etməyə çağırıb.

"Bunu həyata keçirmək üçün çoxlu yeniliklərə, insan yaradıcılığına və texnologiyalara ehtiyac olacaq. Ancaq bu problemin olduğunu qəbul etməklə doğru addım atmısınız və buna görə sizinlə çox fəxr edirik", - Ruleta Kamaço Tomas sonda bildirib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri