Icma.az
close
up
RU
Kiçik dərnəklər dövrü bitir, vahid səs diasporu zirvəyə aparacaq

Kiçik dərnəklər dövrü bitir, vahid səs diasporu zirvəyə aparacaq

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;


İsveç təcrübəsi yaxşı nümunə ola bilər


Naqif Həmzəyev: “Diaspora diplomatiyasında inqilabi dönüş - gənclər, resurslar və strategiyalar birləşir”

Son illər Azərbaycan diasporunun fəaliyyəti cəmiyyət tərəfindən müsbət dəyərləndirilir. Xarici ölkələrdə yaşayan həmyerlilərimizin birliyi, Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində görülən işlər, Ukrayna-Rusiya böhranı zamanı vətəndaşlarımızın müharibə bölgəsindən təhlükəsiz şəraitdə təxliyə edilməsi üçün həyata keçirilən koordinasiyalı fəaliyyət təqdirlə qarşılandı. Azərbaycanlılar dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, hər yerdə birlik, bərabərlik və həmrəylik nümayiş etdirirlər. 44 günlük savaş ərəfəsində soydaşlarımızın "Dəmir yumruq" ətrafında sıx birləşməsi, erməni barbarlığının ifşası yönündə görülən tədbirlər dünya azərbaycanlılarının Vətənə, dövlətə bağlılığından, yeni zamanda gücündən xəbər verir. Əlbəttə, bu işdə dövlət qurumlarının, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyətini qeyd etmək lazımdır. Dövlət Komitəsi dünyanın dörd bir yanında yaşayan həmyerlilərimizə öz dəstəyini nümayiş etdirir, onların fəaliyyəti və üzləşdikləri problemlərin dərhal aradan qaldırılması üçün bütün gücünü səfərbər edir. Dünya azərbaycanlıları qalib xalqın nümayəndələri olaraq hər yerdə öz sözünü deməyi bacarır, ermənilərin informasiya təxribatlarının qarşısını alaraq, şərəfli missiyalarını layiqincə yerinə yetirirlər. İstənilən dövr və şəraitdə xalqın maraq və hüquqlarını xarici ölkələrdə müdafiə edən, milli mənafelərin beynəlxalq müdafiəçisi qismində çıxış edən diaspor təşkilatları hər bir dövlət üçün böyük önəm daşıyır. Güclü diasporun olmasının əsasında xaricdə yaşayan eyniköklü şəxslərin həmrəyliyi, diaspor quruculucuğunun təmərküzləşməsi dayanır. Azərbaycanda da diaspor quruculuğu sahəsində dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli mənsubiyyətini qorumaq, Azərbaycanla əlaqələri genişləndirməkdən ibarətdir. Diasporun əsas prinsipi ondan ibarətdir ki, Azərbaycanı dünyada daha çox sevdirmək üçün, daha çox dostlar qazandırmaq üçün, sadəcə olaraq, Azərbaycanı tanıtmaq istiqamətində iş aparılmalıdır. Azərbaycanı sevdirməyin yolu, Azərbaycanı tanıtmaqdan keçir. Diaspor təşkilatlarımız Azərbaycana çoxlu dost qazandırmağa çalışır və güclü Azərbaycan lobbisinin formalaşması istiqamətində fəaliyyət göstərir. Bu istiqamətdə də müxtəlif xarici ölkə kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin ictimai qurumları, qeyri-hökumət və siyasi təşkilatlar, dövlət orqanları ilə əməkdaşlıq qurulur. Ümumiyyətlə, diaspor quruculuğu və fəaliyyəti konkret dövrlə məhdudlaşmayan bir prosesdir. Müasir və qloballaşan dünyada da şərtlər intensiv şəkildə dəyişir. Yeni şərtlər meydana çıxır. Buna görə əsas məqsədimiz odur ki, elə bir strategiya hazırlayaq ki, bütün zamanlarda özünü doğrulda bilsin. Diaspor təşkilatları da çalışır ki, fəaliyyətlərini  müasir dünya şərtlərinə uyğunlaşdırsınlar və o şərtlər əsasında Azərbaycan həqiqətlərini dünyaya çatdırsınlar. Qarşıda duran əsas işlərimizdən biri xaricdə yaşayan azərbaycanlı iş adamları ilə sistemli əlaqə qurulmasına nail olmaqdır. Çünki bu əlaqə diasporun işinin daha da güclənməsinə təkan verər. 

Onu da qeyd edək ki, 2025-ci ildə Azərbaycanın xaricdə təbliğatı - diaspor və lobbiçilik fəaliyyəti üçün xərclərə 7 milyon manat ayrılıb. Ümumən, son illər xarici ölkələrdə fəaliyyət göstərən və çox sayda azərbaycanlını öz əhatəsinə toplayan diaspor təşkilatlarımız xeyli inkişaf yolu qət edib. Diaspor və lobbiçilik fəaliyyəti istənilən ölkənin xarici siyasətində sözsüz ki, olduqca əhəmiyyətli yer tutur. Xüsusən nəzərə alsaq ki, ölkəmizin uzun illərdir münaqişə şəraitində olduğu Ermənistanın xaricdə xeyli sistemli şəkildə fəaliyyət göstərən lobbi təşkilatları var, bu baxımdan diaspor fəaliyyətinin əhəmiyyəti daha da artır. 

O baxımdan diasporanın bir araya gəlməsi, kiçik diaspor cəmiyyətlərinin vahid təşkilat olaraq birləşməsi Azərbaycanın dünyada təbliğ olunmasını asanlaşdırar. Məhz ötən gün Stokholm şəhərində İsveçdə fəaliyyət göstərən azərbaycanlı diaspor nümayəndələrinin geniş tərkibli videokonfransı baş tutub. İsveç Krallığının və Azərbaycan Respublikasının Dövlət Himnləri ilə açılan görüşdə əsas diqqət təşkilati islahatlara, struktur dəyişikliyinə və gələcək fəaliyyət istiqamətlərinə yönəlib. Toplantının ən mühüm nəticələrindən biri İsveçin müxtəlif şəhərlərində fəaliyyət göstərən 20 Azərbaycan dərnəyinin bir araya gələrək vahid qurum – SAF (İsveç Azərbaycan Federasiyası) daxilində birləşməsi və Sevda Dadaşova ilə Kəmalə Nəbiyevanın həmsədr seçilməsi olub. Bu addım diaspor təşkilatlarının fəaliyyətinin daha koordinasiyalı, sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsinə xidmət edir. Toplantı çərçivəsində yeni idarə heyəti seçilib, həmçinin Federasiya daxilində 7 funksional şöbə yaradılıb: - iqtisadiyyat, mədəniyyət, idman, hüquq, media və kommunikasiya, səhiyyə, inzibati şöbələr. Federasiya müxtəlif layihələr vasitəsilə İsveçdəki Azərbaycan icmasının birliyini gücləndirməyə çalışır. Görüş zamanı 2026-cı ilə qədər həyata keçirilməsi nəzərdə tutulan layihələr üzrə ilkin ideyalar da irəli sürülüb. Əsas prioritetlər arasında Azərbaycan mədəniyyətinin İsveç cəmiyyətinə tanıdılması, gənclərin diaspor fəaliyyətlərinə daha fəal cəlb olunması və Azərbaycan dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi yer alır.


Millət vəkili Naqif Həmzəyev Sherg.az-a açıqlamasında deyib ki, diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti həqiqətən böyük əhəmiyyət daşıyır. Deputatın sözlərinə görə, İsveçdəki bu birləşmə çox düzgün addımdır və digər ölkələr üçün yaxşı nümunə ola bilər:

seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyul 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri