Icma.az
close
up
RU
Kiçik mənzil üçün ideal 5 pişik cinsi

Kiçik mənzil üçün ideal 5 pişik cinsi

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir çox insan kiçik mənzildə yaşadığı üçün evdə pişik saxlamaq fikrindən vaz keçir. Halbuki əsas məsələ mənzilin ölçüsü deyil, heyvanın xarakteridir və bu da böyük ölçüdə onun cinsindən asılıdır. Bəzi pişiklər hiperaktiv olur qaçmağa, tullanmğa, hündür yerlərə dırmaşmağa ehtiyac duyur. Digərləri isə sakit xarakterə malikdir və onlar üçün yumşaq divan hər hansı böyük ərazidən daha vacibdir. 

Lent.az bu 5 pişik cinsini təqdim edir:

Britaniya qısatüklü pişiyi

Bu cins pişiklər şkafların üstünə tullanmağı, əşyaları rəflərdən salmağı və gecəyarısı mənzildə qaçmağı sevmir. Onların əsas məşğuliyyəti uzanmaq və ətrafı izləməkdir istər pəncərədən küçəyə baxmaq, istər sahibini müşahidə etmək.

Günün ən böyük fəaliyyəti bir yataq yerindən yem qabına keçmək ola bilər. Lakin bir məqama diqqət etmək lazımdır: az hərəkətli olduqları üçün artıq çəki yığmağa meyllidirlər. Gündə təxminən 10 dəqiqə oyun bu problemin qarşısını almağa kömək edir. Britaniya qısatüklü pişiklər müstəqil xarakterlidir və tək qalmağa yaxşı dözür. Gün ərzində işdə olan insanlar üçün yaxşı seçim sayılır.

Ragdoll

Bu cinsin adı “bez kukla” mənasını verir və bu təsvir tam yerinə düşür. Onu qucağa götürdükdə bədəni tam rahatlaşır və yumşaq şəkildə sahibinin qucağında “ərir”. Bu pişiklər məhz ev şəraitində yaşamaq üçün yetişdirilib və mənzil həyatına ideal uyğunlaşır.

Xarakterləri mehriban və etibarlıdır. Ancaq vacib bir detal var: Ragdoll pişikləri tənhalığı ağır keçirir. Əgər evdə tez-tez heç kim olmursa, iki pişik götürmək daha məqsədəuyğundur ki, bir-birinə yoldaş olsunlar.

Pers pişiyi

Pers pişikləri sanki dekorativ heyvan təsiri bağışlayır: uzun ipək kimi tüklər, yastı sifət və sakit davranış. Onlar çox hərəkətli deyil və ov instinkti zəifdir. Buna görə kiçik mənzildə özlərini rahat hiss edirlər. Lakin uzun tüklər gündəlik qulluq tələb edir. Müntəzəm daranmadıqda tüklər dolaşır və evdə tökülmə artır.

Şotland visloux pişiyi

Bu pişiklərin xarakteri görünüşü kimi yumşaq və sakitdir. Aqressiv davranış göstərmirlər, çox diqqət tələb etmirlər və mənzildə dominantlıq etməyə çalışmırlar. Şotland visloux pişikləri uşaqlarla və digər heyvanlarla yaxşı yola gedir. Onlar həm müstəqillik, həm də mehribanlıq arasında balans yaradır.

Ekzotik qısatüklü pişik

Bu cinsi “qısatüklü pers pişiyi” kimi təsvir etmək olar. Xaraktercə sakitdir, mehribandır, amma gündəlik daranmaya ehtiyac duymur. Bir yaşdan sonra daha sakit həyat tərzinə üstünlük verir, oyunlara marağı azalır. Tənhalığa nisbətən yaxşı dözür və kiçik mənzil üçün ideal seçim sayılır.

Kiçik mənzil üçün uyğun olmayan pişik cinsləri

Benqal pişiyi çox enerjili, qaçmağa və ov etməyə ehtiyac duyur;

Abissin pişiyi daim hərəkətdə olur və interaktiv oyuncaqlar tələb edir;

Siam pişiyi və orientallar çox səsli və aktiv ola bilər;

Meyn-kun iri ölçülü olduğu üçün dar məkanlarda rahat olmaya bilər.

Pişik üçün əsas məsələ mənzilin ölçüsü deyil, vertikal məkanın olmasıdır. Rəflər, dırmaşma platformaları, pişik evləri və müxtəlif səviyyəli cızma dirəkləri hətta kiçik studiya mənzilini belə pişik üçün ideal məkana çevirə bilər. Sığallanan, qidalanan və özünü təhlükəsiz hiss edən pişik demək olar ki, hər ölçülü evdə xoşbəxt ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 May 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri