Kiçik tutumlu nəqliyyat vasitəsilə sərnişindaşımalara görə lisenziya mütləqdir? RƏSMİ AÇIQLAMA FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Sosial şəbəkələrdə sürücülər arasında turizm fəaliyyəti ilə bağlı lisenziya məsələləri müzakirə olunmaqdadır.
Avtosfer.az xəbər verir ki, sürücülərdən biri şəhərdaxili və şəhərlərarası turist daşımalarında "Vito" markalı mikroavtobuslardan istifadə etmək üçün lisenziya tələbi barədə sosial şəbəkə hesabımıza sual ünvanlayıb.
“Vito” markalı nəqliyyat vasitələri ilə turist daşımaları üçün hansı şərtlər və prosedurlar tətbiq edilir?
Bu mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında deyib ki, qeyd edilən sərnişindaşıma növü sifarişli sərnişindaşımadır:
“Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində sifarişli sərnişindaşımalar, eləcə də yükdaşıma ilə məşğul olanlar mütləq qaydada buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər.
Bu icazələr AYNA tərəfindən 7 il müddətinə verilir və bunun üçün heç bir ödəniş tələb olunmur. Sürücülər sifarişli sərnişin daşımaları həyata keçirərkən elektron sistemdən istifadə etməli və formulyar doldurmalıdırlar. Sifarişli sərnişin daşımaları üçün bu formulyar AYNA informasiya sistemində elektron qaydada doldurulur. Müvafiq icazə olmadan sərnişindaşıma fəaliyyəti göstərməyin inzibati məsuliyyətə səbəb olur”.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 28 Aprel 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















