Kılıçdaroğludan Baxçalıya TƏBRİK ZƏNGİ
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalıya zəng edib.
“Cebheinfo.az” xəbər verir ki, Kılıçdaroğlu PKK terror qruplaşmasının silah buraxması münasibəti ilə Baxçalını təbrik edib. O, danışıq zamanı “Terrorsuz Türkiyə” prosesindən məmnun olduğunu və başda Baxçalı olmaqla əməyi keçənlərə təşəkkür edib.
Qeyd edək ki, “Terrorsuz Türkiyə” prosesi ötən ilin oktyabrında Dövlət Baxçalının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çağırışı ilə başlayıb. Cari ilin 27 fevralında da hazırda həbsdə olan PKK terror qruplaşmasının lideri Abdullah Öcalan PKK-nın ləğv olunduğunu elan edərək, terrorçuları silah buraxmağa çağırıb.
11 iyunda isə bir qrup PKK terrorçusu İraqın Süleymaniyə vilayətində silahlarını yandırıblar. Bununla da, PKK ilk dəfə rəsmən silah buraxdığını elan edib.
Elmir Mustafa
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 16 İyul 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















