Kılıçdaroğludan Özgür Özələ qarşı yeni addım
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə CHP daxilində gərginlik davam edir.
Gununsesi.info xəbər verir ki, keçmiş CHP sədri Kemal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbərliyinə müraciət edərək, hazırda Özgür Özəlin istifadəsində olan parlamentdəki xidmət otağının boşaldılmasını və həmin otağın özünə verilməsini tələb edib.
Məlumata görə, Kılıçdaroğlu daha əvvəl də TBMM rəhbərliyinə müraciət edərək Özgür Özəlin CHP-nin parlament qrupunun sədri seçildiyi səsvermənin nəticələrinin ləğv olunmasını istəyib.
Digər tərəfdən, CHP Mərkəzi İdarə Heyətinin (MYK) dünən keçirilən iclasında Özgür Özəli dəstəkləyən 9 millət vəkilinin partiya üzvlüyü müvəqqəti dayandırılıb. Həmin deputatlar partiyadan qəti xaric edilmələri tələbi ilə Yüksək İntizam Şurasına göndəriliblər.
TBMM sədri Numan Kurtulmuş hər iki müraciətlə bağlı hələlik qərar verməyib. Məsələ üzrə cavabın bu həftə ərzində açıqlanacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 11 İyun 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















