Icma.az
close
up
RU
Kilosu 100 manata olan “At əti” Bazara nə vaxt açıq şəkildə çıxarıla bilər?

Kilosu 100 manata olan “At əti” Bazara nə vaxt açıq şəkildə çıxarıla bilər?

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstan at ətinin ixracını beynəlxalq standartlar səviyyəsinə çıxarmağa hazırlaşır. Bu xəbər Azərbaycanda da maraqlı bir sual doğurur: belə bir məhsul ölkəmizin bazarına daxil olsa, onun qarşısında hansısa maneələr dayana bilərmi?
At əti Azərbaycanda qadağan olunmuş məhsuldur, yoxsa bütün tələblərə cavab verdiyi halda açıq şəkildə satıla bilər?
 

Əslində məsələ təkcə qanunla bitmir. At ətinin insan sağlamlığı üçün hansı riskləri daşıdığı, onun təhlükəsizliyinə necə nəzarət edildiyi və istehlakçıya hansı formada təqdim olunacağı da diqqət tələb edir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) idxal tələbləri sistemində heyvan mənşəli məhsullar üçün baytarlıq və qida təhlükəsizliyi tələbləri mövcuddur. Ət məhsullarının tərkibində at əti aşkarlandığı halda laborator müayinədən sonra həmin məhsulun satışının və dövriyyəyə buraxılmasının qarşısı alınır və sahibkar inzibati məsuliyyətə cəlb edilir.
Amma burada bir nüans var: problem məhsulda at ətinin aşkarlanmasında deyil, məhsulun mal əti kimi təqdim edilməsi və təhlükəsizlik tələblərinə cavab verməməsindədir.
Qida eksperti Ağa Salamov Bizim.Media-ya bunu belə izah edir ki, insanlar AQTA-nın apardığı əməliyyatı çox vaxt yanlış anlayırlar:
“Əsas məsələ məhsulun necə təqdim edilməsi və təhlükəsizlik tələblərinə cavab verib-verməməsidir. Ətin mənşəyi məlum olmadığına və yarazsızlığına görə Agentlik onu dövriyyədən çıxarır. AQTA yaxşı bilir ki, Azərbaycanda at ferması yoxdur. Deməli at yetişdirən ferma yoxdursa, haqlı olaraq aşkarlanan ətin mənbəyini soruşur.
Minik, qoşqu və yarış üçün nəzərdə tutulmuş at əti istehlaka yararsızdır. Əgər at əti sertifikatlaşdırılıb, baytar  nəzarət olunubsa, ətlik kimi yetişdirilibsə yemək üçün yararlı hesab oluna bilər. Qazaxıstan beynəlxalq İSO sertifikatlarını ona görə alır ki, istehsal etdiyi atın yürüş üçün deyil, standartlara cavab verən ətlik olduğunu təqdim edə bilsin. Əgər məhsulun üzərində açıq şəkildə “at əti” göstərilibsə, mənşəyi məlumdursa, baytarlıq və qida təhlükəsizliyi tələblərinə cavab verirsə, hansı ölkə istəsə idxal edə bilər”.  
A.Salamov diqqətə çatdırdı ki, at əti heç də ucuz məhsul deyil:
“Kim fikirləşir ki, at əti ucuz olacaq yanılır. Bu ətin kiloqramı 100 manatdır. At ətini alıb orqanizminə zərər verəcəyini düşünənlər isə bilməlidir ki, tam əksinə at əti faydalıdır. Bu ətdə də B12 vitamini, dəmir, zülallar və s. mövcuddur. Mütəmadi olaraq nəzarətdə olan, vaksin olunan, tam sağlam şəkildə kəsimi, doğranması həyata keçirilən at ətinin heç bir zərəri yoxdur. Sadəcə milli mətbəximizdə at əti ilə hazırlanan təamlar olmadığı üçün Azərbaycanda bu ət növü istehsal olunmur. Kimsə təsərrüfat qurub saxlasa, at ətini alan olmayacaq axı... Ona görə də bizdə bununla  məşğul olan yoxdur. Ümumiyyətlə, at ətinin istehlakı ölkədə birmənalı qarşılanmır”.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Avqust 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri