Icma.az
close
up
RU
Kilosu 7 8 manata olan şaftalı aldım, şaftalıdan başqa bütün dadları verdi

Kilosu 7 8 manata olan şaftalı aldım, şaftalıdan başqa bütün dadları verdi

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bazarlarda mövsümü hələ tam çatmamış meyvələrin – qarpız, yemiş, şaftalı kimi məhsulların satışa çıxarılması müşahidə olunur. Havanın hələ isti olmamasına baxmayaraq, bu meyvələrin piştaxtalarda görünməsi belə bir sual  yaradır: bu meyvələrin satışa çıxarılması nə dərəcədə düzgündür və insan orqanizminə faydalıdırmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirdi ki, mövsümündən əvvəl satışa çıxarılan meyvələr hər zaman gündəmdə olan mövzulardandır:

"Havaların son zamanlarda qeyri-sabit keçdiyini nəzərə alsaq, hələ bildiyimiz kimi istilər tam düşməyib. Bu baxımdan, havanın bir gün yağıntılı, bir gün küləkli olmasını nəzərə alsaq, ortaya belə bir sual çıxır ki, satışda olan, kilosu 2 manat 50 qəpik olan qarpız, 5-6 manata 1 kiloqramını satışa çıxardıqları yemiş hansı isti havada yetişdi?

Bu, məsələnin birinci tərəfi. Burda iki məsələ ortaya çıxır: ya istixana şəraitində yetişdirilir, ya da ki digər ölkələrdən idxal olunan məhsullardan söhbət gedir. Burda təbii ki, ortalığa çıxan əsas sual odur ki, müştərilərin bu məhsullardan razı və yaxud da narazı qalmasıdır.

Allergik xəstəliyi olanların, digər xəstəlikdən əziyyət çəkənlərin, körpələrin, hamilə qadınların bu cür məhsullardan, hansı ki, mövsümü deyil, istifadəsini arzuolunan hesab etmirəm. Çünki bunlar hər zaman müxtəlif fəsadlar törədə bilərlər.

Bildiyimiz kimi, istixana şəraitində yetişdirilən meyvə və tərəvəzlərdə, qarpız, yemiş, şaftalı və digər məhsullara rənglərini formalaşdırmaq üçün həddindən artıq gübrələrdən istifadə edirlər. Burada dad keçir ikinci plana. Məhsulun rəngini yetişmiş hesab etmək üçün ön planda saxlayırlar.

Digər məsələ isə istifadə olunan azot gübrələrinin hansı dərəcədə olmasıdır. Bunların normalara uyğun istifadə edilib-edilməməsi məsələsi var. Bu da bir sual doğuran məsələlərdən biridir".

Ekspert vurğuladı ki, hər bir məhsul öz mövsümündə daha gözəl, daha təhlükəsizdir.

"Bu baxımdan mən yemirəm və bu gün vitrinlərdə, piştaxtalarda olan qarpızlar, yemişlər, şaftalılar və sairə mövsümündəki ilə eyni dadı vermir.

Mən bir səfər yayda olan şaftalı ilə indiki şaftalı arasındakı fərqi yoxlamaq üçün, kiloqramı 7-8 manata olan şaftalının dadına baxmaq məqsədilə istifadə etdim, şaftalıdan başqa bütün dadları verdi", - deyə İlkin Şirinov qeyd etdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri