Icma.az
close
up
RU
Kilsədə qurulan “qisas müharibəsi” planları...

Kilsədə qurulan “qisas müharibəsi” planları...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bütün səmavi dinlərin müqəddəs kitablarında sülhə, barışığa, birgəyaşayışa çağırış edilir, dünyaya əmin-amanlıq arzulanır. Tarixdən bəllidir ki, öz icmalarında yüksək nüfuz sahibi olan ayrı-ayrı din xadimləri də zaman-zaman müharibələrin qarşısının alınmasında müstəsna rol oynayıblar.

Ancaq belə görünür ki, erməni kilsəsi və erməni din xadimləri tamamilə fərqli xislətə malikdirlər. Bu qənaəti təsadüfən ifadə etmirik. Son 30 ilin tarixinə nəzər saldıqda görürük ki, kilsə, o cümlədən də ermənilərin katalikosu II Qaregin  bir qayda olaraq Ermənistanın dövlət siyasətinə mənfi yön verib, cəmiyyətdə Türkofobiya,  Azərbaycanofobiya  meyllərinin güclənməsində, irqçilik, etnik-dini dözümsüzlük təbliğatının aparılmasında həmişə öndə olub.

Katalikos adına qara ləkə - iki bədnam çağırış

Katalikos II Qaregin heç bir halda din xadiminə, onun cəmiyyətdəki missiyasına uyğun gəlməyən belə insanlıqdan, humanizmdən uzaq, pis niyyətli fəaliyyətini hazırda da davam etdirir. Son vaxtlarda katalikosdan gələn açıqlamalar və erməni xalqına çağırışlar onun hansı xəbis niyyətdə olduğunu əyani şəkildə təsdiqləyir.  Bir qədər bundan əvvəl o, İrəvanda Birinci və İkinci Qarabağ müharibələrinin qurbanlarının dəfn olunduqları qəbirstanlıqda keçirilən anım tədbirindən sonra verdiyi açıqlamada erməni cəmiyyətinin qarşısında dayanan “vacib məsələlərə” diqqət çəkdi. Katalikos din xadimi olduğunu yaddan çıxararaq “Ermənistanın üzləşdiyi ən mürəkkəb təhlükəsizlik çağırışları şəraitində ordunu daha da gücləndirməyə zərurət olduğunu” özüsayağı əsaslandırmağa çalışdı.

Katalikos II Qaregin yenə özünün qaragüruh ampluasındadır. Bu günlərdə o, erməni xalqını yenidən müharibəyə səsləyib. Bildirib ki, Ermənistan guya təhlükədədir və hər an Azərbaycan onu işğal edə bilər. “Vətən təhlükədə olanda bütün xalq mübarizə bayrağı qaldırmalıdır. Bu gün həmin gündür”, - deyə II Qaregin söyləyib.

Adam nə qədər insanlıq hissini itirməlidir ki, anım tədbirində, müharibələrdə həyatlarını itirən gənclərin taleyinə, anaların göz yaşlarına ironiya edərək yenidən müharibə çağırışını dilə gətirsin. Qəlbindən mərhəməti bütünlüklə çıxarıb ora nifrət, qisasçılıq hissi yükləyən birisini səmavi dinin daşıyıcısı adlandırmaq mümkündürmü? Əsla! Bu, rəzillikdir, din adına, katalikos adına bir ləkədir.

İndi yeni müharibəyə deyil, sülhə çağırış məqamıdır

Katalikosun təkcə son vaxtlarda verdiyi iki bəyanat onun revanşistlərlə eyni cəbhədə yer aldığını təsdiqləyir. Əgər II Qaregin sözün əsl mənasında din xadimi olsaydı, xalqını, təmsil etdiyi dövlətin rəhbərliyini müharibəyə deyil, sülhə səsləyərdi. O anlamalıdır ki, indi yeni müharibəyə deyil, məhz sülhə çağırış məqamıdır.  Cənubi Qafqaz coğrafiyası son üç onillik ərzində bir sıra ziddiyyətli proseslərdən keçib. Xüsusilə də Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycana qarşı başladığı elan olunmamış işğalçılıq müharibəsi regionumuzun təhlükəsizliyi üçün böyük təhdidlər yaradıb. Azərbaycan 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı parlaq qələbələr sayəsində bu təhlükələri aradan qaldırmaqla tamam fərqli məzmunda yeni reallıqlar yaradıb. Hazırda region qarşıdurmalar səhifəsini birdəfəlik bağlamağa, potensialı əməkdaşlığa, davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə  yönəltməyə heç vaxt olmadığı qədər daha yaxındır. Azərbaycan da məhz buna can atır. Sülhə nail olmaq ölkəmizin xoşməramlı niyyətidir və həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biridir.

Müharibə başa çatdıqdan sonra ötən dörd il ərzində sülh sazişinin imzalanmamasının bütün məsuliyyəti isə bilavasitə Ermənistanın üzərinə düşür. Son vaxtlarda Ermənistan sürətlə silahlanma yolu tutub.  Hərbi büdcə artırılır və Fransadan, Hindistandan hücum silahları alınır, keçmiş döyüşçülər, hətta yaşlı insanlar belə səfərbərliyə alınırlar. Sual olunur: Sülhə hazır olduğunu deyən ölkə bu müharibə hazırlıqlarını niyə və kimə qarşı aparır? Əlbəttə ki, hədəf birinci növbədə Azərbaycandır.

Ermənilərin taleyi ilə oynayan trio - kilsə öndə gəlir

İndidiki reallıqlar şəraitində katalikosun “Yeni müstəqil dövlətçiliyimizin və xalqımızın hüquqlarının müdafiəsi kimi müqəddəs işdə Ermənistan ordusunun rolu və xidmətləri əvəzsizdir. Bu gün ölkəmizin üzləşdiyi ən mürəkkəb təhlükəsizlik çağırışları qarşısında ordumuzu daha da gücləndirmək lazımdır ki, əsgərlərimiz müqəddəs milli müdafiə missiyasını yüksək döyüş qabiliyyəti və sarsılmaz ruhla davam etdirə bilsinlər” deməsi birmənalı qarşılana bilməz. Onun söylədiyi fikirlərlə Ermənistandakı müharibə partiyasının, xaricdən revanşistlərə hərtərəfli dəstək göstərən lobbi dairələrinin çağırışları arasında hansısa bir fərq yoxdur. Belə çıxır ki, məğlub Ermənistanın sülhyaratma prosesi ilə bir araya sığmayan siyasəti trio qüvvə tərəfindən yönləndirirlər. Üçbucaqda yer alan daxildəki revanşistlər davamlı olaraq hakimiyyəti təzyiq altında saxlamağa çalışırlar. Öz növbəsində sülhə meyilli olmayan hakimiyyət də əksər hallarda revanşistlərin ideyalarını təkrarlamaqla reallıqda sülhdən qaçır və manipulyasiyalarla vaxtı uzadır. Trioda yer alan lobbi dairələri sülh prosesindən yayınan Ermənistana Fransa kimi ölkələrdə, Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi təsisatlarda “beynəlxalq dəstək” kampaniyaları təşkil etməklə, silah tədarükündə yardımçı olmaqla məşğuldurlar. Qaragüruh planların həyata keçirilməsində kilsənin üzərinə ən ağır yük düşür. Bilirik ki, artıq tarixdə qalmış Qarabağ probleminin davam etdiyi onilliklər ərzində Ermənistanın törətdiyi dəhşətli müharibə cinayətlərinin “xeyir-duası” məhz kilsələrdə keşişlər və katalikos tərəfindən verilib. Kilsə, keşişlər və katalikos indi də eyni roldadırlar.  II Qareginin son açıqlamaları göstərir ki, trioda yer alan kilsəyə yeni mərhələdə  Ermənistan cəmiyyətində azərbaycanlılara qarşı nifrət hissi aşılayan təbliğatı daha da gücləndirmək, erməniləri “qisas müharibəsinə” hazırlamaq “missiyası” həvalə olunub.  II Qareginin fəallığını artırması və müharibə ritorikasını sərtləşdirməsi ondan xəbər verir ki, kilsə katalizator funksiyasını yenə də can-başla yerinə yetirməyə çalışır. Ancaq trioda yer alan qüvvələr, o cümlədən də II Qaregin unutmamalıdır ki, onlar bu fəaliyyətləri ilə növbəti dəfə erməni xalqının taleyi ilə oynayırlar. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistana hücum etmək niyyətində deyil. Ancaq ermənilərin, elə revanşistlərin, lobbi dairələrinin və keşişlərin də yaxşı bələd olduqları “Dəmir yumruq” da həmişə yerindədir və həm də düşmənin başını əzməyə hazırdır!

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Fevral 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see188

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see135

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see135

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see134

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see129

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see128

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see124

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see123

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see123

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see123

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see122

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

23 Aprel 2025 14:05see122

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see121

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see120

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see120

Pulsuz vəkillik mümkündürmü? Hüquqşünas aydınlıq gətirir

23 Aprel 2025 19:01see118

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see117

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see116

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

25 Aprel 2025 05:57see112

Sumqayıtda 15 ağacı kəsən şəxs cərimələndi

23 Aprel 2025 19:21see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri