Icma.az
close
up
RU
Kilsəyə qarşı getmək Paşinyanın evini yıxa bilər

Kilsəyə qarşı getmək Paşinyanın evini yıxa bilər

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Ermənistan rəhbərliyi populyarlığını qurban verərək, Erməni Apostol Kilsəsinə (EAK) təzyiq göstərməkdə davam edir. Son bir ildə baş nazir Nikol Paşinyana etimad səviyyəsi 8 faiz azalıb, kilsəyə etimad səviyyəsi isə 10 faiz artıb.
Reyting.az
xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan EAK rəhbərliyini, yəni katolikos II Qaregini (Ktriç Nersisyan) istefaya göndərməyə çağırıb:
"Biz Nersisyanı və onu dəstəkləyən qrupu qeyri-qanuni kampaniyanı dayandırmağa səsləyirik. Nersisyanın yalan şahidlik etməsi, habelə bir sıra kilsə rəhbərinin terrorizm və dövlət çevrilişi planlaşdırmaqda iştirakı EAK-ı ciddi problemlərlə üzləşdirib. Onları bu problemlərin aradan qaldırılmasına diqqət yönəltməyə çağırırıq. Eyni zamanda, səlahiyyətli kilsə orqanlarına və ona dəstək verən qrupa müraciət edirik ki, bütün lazımi tədbirləri görsünlər”.
Bundan əvvəl İrəvan meri Tiqran Avinyan EAK rəhbərliyinə hücumları dəstəkləyib:
"Müəyyən şəraitə görə uzun müddət göz yumduğunuz şeyə gec-tez son qoyulmalıdır – bu, sünilik və ikiüzlülükdür".
Xatırladaq ki, son iki ayda Ermənistanın baş naziri Nikol Paşinyan EAK rəhbərinin subaylıq andını pozduğunu iddia edir (“onun ən azı bir övladı var”). Bütün bu müddət ərzində II Qaregin bu şayiələri nə təsdiq, nə də təkzib edib. Düzdür, Paşinyan da katolikosun oğlu və ya qızının adını, harada yaşadığını və bu adamın hansı işlə məşğul olduğunu deməyib.
Buna baxmayaraq, hökumət başçısı əmindir ki, subaylıq andı pozulub, ona görə də II Qaregin EAK-ın rəhbərliyindən uzaqlaşdırılmalıdır.
Baş nazir bildirib ki, o, saleh bir xristian olaraq buna dözə bilmir və Allahın məskənini çirkabdan qorumaq istəyir.
Bununla yanaşı, Paşinyan artıq kilsə əleyhinə kampaniyanı o həddə çatdırıb ki, Vaqarşapatda - EAK-ın inzibati mərkəzi olan Müqəddəs Eçmiədzinin Ana Taxt-tacının yerləşdiyi şəhərdə kütləvi aksiya keçirəcəyini vəd etsin. Onun sözlərinə görə, II Qaregini kilsədən qovmaq üçün insanlar toplaşmalıdır.
"Biz bunu birlikdə edəcəyik. Hazır olun. Əsilzadələrin yurdu ona layiq olanlarındır",- Paşinyan yekunlaşdırıb.
EAK baş nazirin təhdidlərini çox ciddi qəbul edir. Rahiblər onun Vaqarşapatdakı toplaşmaya dair dediklərini zorakılığa doğru addım kimi qəbul ediblər.
"Müqəddəs Eçmiədzinin Ana Taxtı bu hücum və zorakılıq törətmək cəhdini pisləyir, bunu erməni kilsəsinin və onun özünüidarəsinin həyatına açıq müdaxilə hesab edir. Biz hakim siyasi qüvvəni kilsə əleyhinə və qeyri-qanuni kampaniyanı dayandırmağa çağırırıq",- EAK rəhbərliyi bildirib.
Bundan əlavə, yepiskop Gevorq Saroyan bəyan edib ki, II Qaregin Paşinyanın iddia etdiyi kimi, kilsəni korrupsiyaya qərq edən azğın deyil, xalqın sevimlisidir.
Saroyan katolikosla VII əsrdə yaşamış və yorulmaz quruculuğu ilə məşhur olan III Nerses arasında paralel aparıb. O, Zvartnots kilsə kompleksini tikdirib, sonralar İrəvan hava limanı onun adını alıb.
Kilsə nümayəndələrini dövlət çevrilişində iştirakda ittiham olunan Erməni İnqilabi Cəbhəsi Daşnaksütyun (ARF) təşkilatı da dəstəkləyib.
Daşnakların fikrincə, Paşinyanın mitinq vasitəsi ilə II Qaregini devirmək çağırışı ağır və xüsusilə ağır cinayətlər törətməyə hazırlıqdır:
“Bu çağırışlarda cinayət əməllərinin əlamətləri var: bütün ermənilərin katolikosunun zorakılıq hədəsi altında və ya zor tətbiq etməklə tutulması, istefaya məcbur edilməsi, təxribat və kütləvi iğtişaşların təşkili... Biz Ermənistanın Baş Prokurorluğundan və istintaq orqanlarından tələb edirik ki, ona qarşı cinayət işi başlansın”.
Dövlət çevrilişinə çağırışda ittiham olunan Samvel Karapetyanın “Taşir” Şirkətlər Qrupunun rəhbərliyi də II Qareginin müdafiəsinə qalxıb. "Baş verənləri təsvir etməyə söz tapmaq çətindir. Eçmiədzinə hücum edənlərin monqollar, səlcuq türkləri və ya osmanlılar deyil, öz soydaşlarımız olduğuna inanmaq daha çətindir. Əgər bu təhlükə reallaşarsa, o zaman biz erməni-xristianlar, bütün mömin xalq ayağa qalxmalı, müqəddəs məkanlarımızı müdafiə etməliyik".
Bunu Şirkətlər qrupunun vitse-prezidenti və EAK Ruhani Şurasının üzvü Hayk İqnatyan bildirib.
Maraqlıdır ki, Beynəlxalq Respublikaçılar İnstitutunun (IRİ) sorğusuna əsasən, ordu Ermənistanda ən populyar qurum hesab olunur - respondentlərin 72 faizi ondan razıdır, 24 faizi isə yox. EAK ikinci yerdə qərarlaşıb – 35 faizə qarşı 58 faiz.
“Baş nazir daha pis işləyir”ə - 38 faiz inanır, 58 faiz isə yox.
Bir il ərzində kilsəyə dəstək 10 faiz artıb, hökumət başçısına dəstək isə 8 faiz azalıb.
Politoloq Karen İgityan hesab edir ki, Paşinyana inamın azalması birbaşa onun kilsə əleyhinə kampaniyası ilə bağlıdır. Ermənilərin çoxu hesab edir ki, o, müstəqil deyil, Azərbaycan və Türkiyə hakimiyyətinin sifarişi ilə hərəkət edir.
Eyni zamanda, cəmiyyət baş nazirin II Qareginin istefasına nail olmaq yolunu düzgün saymır.
"Paşinyanın bu məsələdə legitimliyi sıfırdır. Baş nazir kimi onun kilsə işlərinə qarışmaq hüququ yoxdur. Erməni Apostol Kilsəsi icmasının üzvü kimi onun katolikosu çıxarmaq və hətta bu prosesi başlatmağa haqqı yoxdur.
Birinci halda o, respublikanın qanunlarını, ikincidə isə kilsənin qanunlarını pozur. Onun bu dəfə uğur qazanıb-qazanmayacağı Ermənistan xalqının reaksiyasından asılıdır”,- İgityan NG-yə bildirib.
Y. QACAR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 İyul 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see542

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see489

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see456

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see372

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see370

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see341

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see243

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see231

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see211

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see207

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see204

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see190

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see186

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see173

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see166

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri