Kim Çen Indan partiya üzvlərinə əla hədiyyə
Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bu hədiyyə vətən və xalqın rifahı naminə gördüyünüz işlərə verilən qiymət, mütləq etimad əlamətidir"
Şimali Koreya lideri Kim Çen In Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin qərargahında aparıcı mülki və hərbi personaldan ibarət nümayəndə heyətini qəbul edib və onlara ən son snayper tüfənglərini təqdim edib. AYNA.AZ xəbər verir ki, bu barədə KCNA xəbər agentliyi məlumat yayıb.
Kim Çen In deyib: "Milli Müdafiə Akademiyası bu yeni nəsil snayper tüfəngini hazırlayıb və istehsal edib. Bu, sadəcə fantastik bir silahdır. Bu hədiyyə vətən və xalqın rifahı naminə gördüyünüz işlərə verilən qiymət, mütləq etimad əlamətidir".
Tüfənglər Koreya İşçi Partiyası Mərkəzi Hərbi Komissiyasının üzvlərinə, Şimali Koreya silahlı qüvvələrinin əsas şöbələrinin rəhbərlərinə, Koreya Xalq Ordusunun əsas bölmə və birləşmələrinin komandirlərinə və Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Rəyasət Heyətinin üzvləri Ço Yonqvon və Kim Ce-ryonq, eləcə də Partiya Mərkəzi Komitəsinin şöbə müdiri və ölkə liderinin bacısı Kim Yo-jonqa təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 28 Fevral 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















