Icma.az
close
up
RU
Kim deyə bilər ki, Simenon qrafomandır?

Kim deyə bilər ki, Simenon qrafomandır?

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Kənan HACI

Səhər Balzakın hekayəsinin tərcüməsini bitirdim və mətnin üzərində redaktə işi apardım. Günorta sənət dostlarımızla görüşüb çay süfrəsi arxasında bir neçə saat fikir mübadiləsi apardıq. Təbii ki, söhbətin ana mövzusu sənət idi. Bəzən elə hallar olur ki, yaradıcı adamlar bir araya toplaşıb sənətdən başqa hər şeydən danışırlar. Belə də olur. Biz isə özümüzü vaxtı, zamanı dəyərləndirənlər qisminə aid etdiyimizdən bizdən bir masa o tərəfdə lövbər salmış vaxt qatillərindən (bütün günü nərd, domino çırpan zavallılardan) fərqli olaraq günümüzü səmərəli keçirməyə çalışırdıq. Seneka deyirdi ki, həyatın qısalığından şikayət etmək əvəzinə ondan mümkün qədər dolğun istifadə etməliyik. Mənasız işlərə vaxt itirməyəndə həyat lazımlı işləri görməyə kifayətdir. Ömrü fövtə verən, papağı günə yandıran adamlar gərək Senekanın sözlərini sırğa edib qulaqlarından assınlar.

Enerjini yaradıcılığa yönəltmək insanı xilas edir. Ağrılardan, mənəvi əzablardan, boşluqdan, heçlikdən, qorxudan, bu günün terminləriylə desək, stressdən, depressiyadan, şizofreniyaya sürüklənməkdən...
Bu yazını yazmağa başlayanda divar saatına göz atdım, gecə saat ikinin yarısı idi. Bu vaxt insanların böyük əksəriyyəti yuxu bişirməklə məşğul olur. Mən isə beynimdəki fikir burulğanlarından xilas olmaq üçün bilgisayarımda təzə fayl açmaq məcburiyyətindəyəm. Bu xoş məcburiyyət artıq illərdir ki, məndə avtomatik vərdişə çevrilib. Düşüncələrimi mümkün qədər yazıya köçürməyə çalışıram. Yazıçı özünü gündəlik yazı vərdişinə alışdırmalıdır. Bu, onun həyat tərzinə çevrilməlidir.
Bəzən çox yazanlara qrafoman yarlığı yapışdırırlar. Az yazmağın dahiləri olduğu kimi (məsələn, Xuan Rulfo, Selincer) çox yazmağın da dahiləri olub. Jorj Simenon detektiv yazsa belə, halbuki xeyli sayda ciddi romanları var, yaşamı boyunca 200 roman qələmə alıb. O, gün ərzində 60-80 səhifə yazırmış, macəra romanlarını 3-4 günə yazıb bitirirdi. Təsəvvür edin, yazı makinası onun fikirlərinin sürətiylə ayaqlaşa bilmədi. Belə olan halda Simenon makinanı bir kənara atıb fikirlərini maqnitofona diktə etməyə başladı. Beləcə, “Mən diktə edirəm” silsiləsindən 21 cildlik memuarlar yaranır. Kim deyə bilər ki, Simenon qrafomandır?
Lap uzaqlara getsək, qədim yunan filosofu Epikür olduqca məhsuldar adam idi. Deyilənə görə, o, papirus kağızları üzərində üç yüzə qədər kitab yazmışdı. “Bəşəri komdeya”nın müəllifi Onore de Balzak bəşəriyyətə 90-dan çox roman yadigar qoyub. Çox yazmağın qramfonalıqla qətiyyən əlaqəsi yoxdur. İnsan təfəkkürü çevikdirsə, yaradıcı mexanizm daim işlək vəziyyətdədirsə, yazıçı mütləq yazmalıdır. Qrafomanlıq istedad kateqoriyası üçün qətiyyən keçərli deyil. İstedadın yoxluğundan əziyyət çəkən adamların yazdığı mətnlər zatən, bədii dəyərdən məhrumdur.
Qrafomaniya plagiatlığın qonşuluğunda yaşayır. Qısır düşüncə çarəni plagiatlıqda görür. Orta əsrlərdə müəlliflik anlayışı hələ formalaşmadığı üçün plagiat mənfi hal hesab edilmirdi. Renessans dövründən başlayaraq fərdi müəlliflik anlayışı meydana gəldi və bundan sonra plagiat mənəvi oğurluq kimi qəbul edildi, plagiata qarşı hüquqi mexanizm yarandı. Bu gün isə artıq müəllif hüquqlarını qoruyan agentliklər mövcuddur, plagiatı müəyyən edən xüsusi proqramlar plagiat bazarına öldürücü zərbəni vurmaqdadır. Yeni texnoloji resurslar fikir oğrularını asanlıqla müəyyən edir. Bir sözlə, yazmaq-yaratmaq istəyirsənsə, pətəyində öz balın olmalıdır, bala şəkər tozu qatmaqla kimisə aldada bilməzsən. Plagiatdan istifadə edən yazarcıqlar ucuz qiymətə saxta bal satan dələduzlardan heç nəylə fərqlənmir. İndinin oxucusu da xalis sözü qəlp düşüncədən ayırmağı bacarır, onu da hərifləmək asan məsələ deyil. Bu, həm də özünüaldatmadır ki, təbabətdə bu xəstəlik mitomaniya adlanır. Yazıçını hansı psixoloji amillər bu xoşagəlməz hala təhrik edə bilər? Pul müqabilində başqaları üçün əsərlər yazan istedadlı adamlar var ki, onlar ədəbi kölələr adlanır. Bu da başqa bir rəzalətdir. Bir adam niyə öz beyninin məhsulu olmayan bir əsərin üzərinə imzasını yazdırsın ki? Yəqin ki, bu sualların cavabı psixologiyada var. Mən psixoloq olmadığım üçün dərin qatlara enmirəm. Halbuki yazıçı həm də yaxşı psixoloq olmalıdır. O, insan psixologiyasını dərindən bilmədən hər hansı bir obrazı yarada bilməz. Plagiatın, qrafomanının dərdi isə heç bir şərhü-bəyanə sığmaz.
Gecənin sonuna yolçuluğu burda saxlayaq. Artıq yuxu neyronlarının xəfif titrəyişi söhbətimizə xitam verməyi tələb edir. Siseronla Simenonu səhv salmaq təhlükəsi yarana bilər. Növbəti yazılarda görüşənədək!
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Noyabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri