Icma.az
close
up
RU
Qarabağ Neftçi görməsin

Qarabağ Neftçi görməsin

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Futbolla o qədər də dərindən maraqlanmayanları anlamaq o qədər də çətin deyildi. Nəinki "Qarabağ"ın Antalyanın Belek bölgəsində keçirdiyi ilk yoxlama oyunundan əvvəl olduğu kimi, bu matçdan sonra da "köhlənlər"in hansı "Neftçi"ni 5 cavabsız qolla yendiyi barədə dəqiq məlumatı olmayanlar çox idi. Elə bu səbəbdən də küçədə, ictimai nəqliyyatda birinin o birinə təxminən belə suallar verdiyini gördük: "Neftçi" yenə "Qarabağ"a uduzdu?", "Bunlar harada oynayırdılar?", "Azərbaycan çempionatı başlayıb ki?"

Və Yaxud da buna bənzər dialoqlar:

- Qaqa, gördün də "Qarabağ"ı, Türkiuyədə "Neftçi"ni 5:0 uddu.
-  "Neftçi" düzələn deyil... 
- O "Neftçi" deyil e, Özbəkistan "Neftçi"sidi.
- Onların da "Neftçi"si var?
- Varıymış. Mən də birinci elə bildim ki, bizimkidi. Sən demə özbəklərinkiymiş...
- Elə onlar da bizimki kimi oynayıblar, yetim.
- Nə isə e, yetim, başını burax. Sənin adına mənə təzə telefon götürə bilərik? Sən öl, 50 manat da sənə verəcəm.
- Ağıllısan də sən.
- Niyə, yetim?
- Get tullan, ala...

Əlbəttə, Yuri Vernidublu "Neftçi"nin hazırda Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olduğunu, üstəlik, "ağ-qaralar"ın sözügedən ölkədə çıxdığı sınaq matçında Qzaxıstanı Çempionlar Liqasında təmsil edən "Kayrat"ı ilə qarşılaşaraq 3:0 hesablı qələbə qazandığını bilmək üçün əsl azarkeş olmalısan. Razılaşaq ki, ölkəmizdə yerli futbola bu dərəcədə ilgi göstərən futbolsevərlər azdır. Qayıdaq Fərqanə "Neftçi"si ilə oyuna...

"Qarabağ"ı tanıyanlar bilir ki, Qurban Qurbanovun komandası adətən yoxlama oyunlarında nəticəyə önəm vermir. Xüsusilə toplanışlar zamanı ilk sınaq matçlarında "köhlənlər" qeyri-sabit peformansla diqqət çəkirlər. "Neftçi" ilə görüşdə isə fərqli ab-hava sezildi. Sanki Ağdam təmsilçisinin bütün futbolçuları rəqibin adını böyük hesabla yenməyə susamışdılar. İstəklə irəli atılır, rəqibə göz açmağa imkan vermir, hər top uğrunda sonadək mübarizə aparır, qoldan doymurdular. Futbolda psixoloji yanaşma yetərincə dərin anlayışdı. Bəlkə də meydandakı rəqib oyunçular "Neftçi" yox, "Fərqanə" komandasını təmsil etsəydilər, hesab 2:2, 2:1 və ya 1:3 olacaqdı. Bu başqa məsələ ki, matçdan sonra Qurbanov "öz "Neftçi"mizlə oyunlar daha maraqlı olur", - dedi.

Fanat.Az 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://fanat.az
archiveBu xəbər 13 Yanvar 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri