Kim Kardaşyanın oğluna anasının keçmişdəki videoları izlədildi
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyaca məşhur teleulduz Kim Kardaşyan 6 yaşlı oğlu Sentin üzləşdiyi xoşagəlməz hadisə ilə bağlı hüquqi mübarizəyə başlayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Sent populyar onlayn oyun platformasında vaxt keçirərkən qarşısına anasının keçmişdə çəkilmiş şəxsi görüntüləri ilə bağlı reklam çıxıb. Reklamda Kardaşyanın ağlayan fotosu və "yayımlanmamış yeni görüntülər" başlığı yer alıb. Azyaşlı vəziyyəti dərhal ailəsinə bildirib.
Övladlarının bu növ manipulyativ və etikadan kənar məzmunlara məruz qalmasına sərt reaksiya göstərən Kim Kardaşyan dərhal vəkillərinə göstəriş verib. O, həm platforma, həm də məsul şəxslərin cəzalandırılması üçün rəsmi şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edib.
Ulduz bu addımı ilə övladlarını anasının keçmişi üzərindən qurulan kiber-zorakılıqdan və qeyri-etik reklamlardan qorumaq niyyətində olduğunu nümayiş etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 05 May 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















