Icma.az
close
up
RU
Kim olduğumuzu göstərən genetik kod!

Kim olduğumuzu göstərən genetik kod!

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya DNT Günüdür

Yəqin ki, hər birimiz həyatımızda ən azı bir dəfə də olsa, DNT sözünü eşitmişik. DNT müasir biologiya elminin, xüsusən də, genetika və molekulyar biologiyanın onurğa sütununu təşkil edir. Necə deyərlər, əgər biologiya elmini qədim dünya tarixi hesab etsək, şübhəsiz ki, DNT molekulu da o dövrün Roması olardı. Çünki qədim dünyada bütün yolların Romaya apardığı kimi, müasir biologiyada da bütün yollar DNT-yə aparır. Bir sözlə, DNT-siz biologiya şahsız şahmat oyununa bənzəyir. DNT molekulu 1910-cu ildən günümüzə qədər 21 Nobel mükafatının sahibini tapmasına səbəb olub.

DNT kim olduğumuzu göstərən valideynlərimizdən aldığımız bioloji genetik koddur. Bu kod cinsimiz, boyumuz, gözümüz, saçımızın rəngi və daha çox bədənimizi quran blokları təşkil edən təlimatları saxlayır. Tək bir DNT molekulunda bir-birinə bükülən “cüt sarmal” adı verilən bir cüt iplik var.

DNT-nin əsl adı “deoksiribonuklein turşusu” dur. Bədənimizdəki təxminən hər hüceyrənin eyni DNT-si var. Çoxu hüceyrə nüvəsi adlanan yerdə yaşayır, bəziləri isə mitokondriya və ya elm adamlarının “hüceyrənin gücü” adlandırdığı yerdə yaşayır.

DNT sayəsində elm adamları milyonlarla il əvvəl yaşamış canlının necə bir quruluşa malik olduğunu, xüsusiyyətlərini və həyat tərzini öyrənə bilirlər. Yaxın tarixə qədər bu sahə üzrə tədqiqat və təcrübələr aparan elm adamları canlıların genetikasının dəyişdirilməsinin mümkünsüz olduğunu iddia edirdilər. Amma artıq bu iddia tamamilə mənasızdır. Çünki hər ikisi professor olan fransalı mikrobioloq Emmanuel Şarpantye və amerikalı biokimyaçı Cennifer Dudna artıq həyat kodlarımızı, yəni, genlərimizi kəsib-biçmək, onu dəyişdirmək üçün “genetik qayçı” kəşf ediblər. Hansı ki, bu kəşf onlara 2020-ci il üçün kimya sahəsində Nobel mükafatı qazandırmışdı.

Yeri gəlmişkən, bu gün Dünya DNT Günü olaraq qeyd olunur. 2003-cü ildən etibarən Dünya DNT Günü münasibətilə keçirilən tədbirlər ABŞ-ın İnsan Genomunun araşdırılması Milli İnstitutu tərəfindən təşkil olunur.

DNT necə işləyir?

Valideynlərimizdən miras aldığımız DNT xromosomlarda olan “gen” adlanan vahidlərdə saxlanılır. Genlərimizin yarısını analarımızdan, yarısını atalarımızdan alırıq. Bədənimizdə olan bütün genlər qrupuna “genom” deyilir.

DNT-lərimizin hamıdan fərqli olduğunu düşünürük, ancaq burada yanılmaq ehtimalımız var. Belə ki, DNT-lərimizin yüzdə 99-nu digər insanlarla, yarısını isə heyvanlar və bitkilərlə paylaşırıq.

DNT-ni kim kəşf etmişdi?

Amerikalı genetik Ceyms Uotson DNT-nin kəşf edilməsində böyük rol oynayır. C.Uotson ingilis molekulyar bioloq Frensis Krik və Rozalind Franklinlə birgə DNT molekullarının strukturunun öyrənilməsi istiqamətində apardıqları tədqiqatların nəticələrini 1953-cü il aprelin 25-də “Nature” jurnalında dərc edib. Məqalənin dərc olunmasından düz 50 il sonra, yəni 2003-cü il aprelin 25-də insan genlərinin deşifrə edilməsi layihəsinin sona yaxınlaşdığı elan edilib. Bildirilib ki, genomun bəzi hissələrinin əlavə analizləri başa çatmasa da, layihə üzərində əsas iş yekunlaşdırılıb.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Aprel 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri