Icma.az
close
up
RU
Kim zirvəyə gedir, kim uçuruma? VIII turun sərt hökmü

Kim zirvəyə gedir, kim uçuruma? VIII turun sərt hökmü

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasında VIII tur geridə qaldı.
Bu tur Premyer Liqaya lazım olan bir çox elementi özündə birləşdirdi: dramatik geridönüş, altı qolluq Azərbaycan derbisi, böyükhesablı qələbə, autsayderin sürprizi və tribunaların yaratdığı möhtəşəm atmosfer.
"Şamaxı" xarakter göstərdi, "Sabah" qələbə yürüşünü davam etdirdi, "Sumqayıt" dirçəldi, "Araz-Naxçıvan" isə hələ də ilk qələbəsini gözləyir. "Qarabağ" – "Neftçi" oyunu isə tura möhürünü vurdu. "Turan Tovuz" üçünsə artıq sualların cavabını meydanda vermək zamanıdır.
Şamaxıda möhtəşəm geridönüş
VIII turun pərdəsini "Şamaxı" ilə "Şəfa" açdı və bu qarşılaşma turun ən yaddaqalan ssenarilərindən birini təqdim etdi. "Şəfa" iki top fərqi ilə önə keçsə də, meydan sahibləri ruhdan düşmədi. "Şamaxı" oyunun gedişində xarakter göstərərək hesabı dəyişdi və sonda 3:2 hesablı qələbə qazandı.
Bu, sadəcə üç xal deyil. "Şamaxı" artıq bütün futbolsevərləri təəccübləndirməyə davam edən komandalardan birinə çevrilir. Komandanın hər oyunda fərqli ssenari ortaya qoyması təsadüf deyil. Azər Bağırovun yetirmələri inamını itirmədiyi müddətdə istənilən rəqibə problem yarada biləcəyini göstərir.
"Şəfa"ya gəlincə, burada artıq həyəcan siqnalı çalınmalıdır. Ardıcıl məğlubiyyətlər heç bir komanda üçün yaxşı sonluğa aparan yol deyil. Yeni gələn komandanın Premyer Liqada qalmaq üçün tezliklə toparlanması və xüsusilə qazandığı üstünlükləri qorumağı öyrənməsi vacibdir.
"Sumqayıt"dan ardıcıl ikinci qələbə
"Sumqayıt" "Araz-Naxçıvan" üzərində 2:1 hesablı qələbə qazanaraq ardıcıl ikinci dəfə üç xal sevincini yaşadı. Mövsümün əvvəlində istədiyi nəticələri əldə edə bilməyən komanda yavaş-yavaş özünə gəlməyə başlayır.
Əks qütbdə isə "Araz-Naxçıvan" var. Naxçıvan təmsilçisi VIII turdan sonra da çempionatda qələbə qazana bilməyən yeganə komanda olaraq qalır. Bu, artıq sadəcə uğursuz start deyil, üzərində ciddi düşünülməli tendensiyadır. Komandanın ilk qələbəsini nə vaxt əldə edəcəyi və bunun üçün hansı dəyişikliklərin lazım olduğu qarşıdakı turların əsas suallarından biri olacaq.
Azərbaycan derbisində 3:3-lük tamaşa
Turun mərkəzi oyunu isə bütün gözləntiləri doğrultdu. "Qarabağ" – "Neftçi" qarşılaşması 3:3 hesabı ilə başa çatdı və Azərbaycan futbolunun ənənəvi rəqabətlərindən birinin niyə xüsusi olduğunu bir daha göstərdi.
"Neftçi"nin 3:1 hesabı ilə önə keçməsi oyunun taleyinin həll olunduğu təəssüratı yaratsa da, "Qarabağ" təslim olmadı. Ağdam təmsilçisi geri qayıtdı, hesabı bərabərləşdirdi və böyük derbi altı qolla başa çatdı.
Belə oyunlar Azərbaycan futboluna lazımdır. Emosiyası, mübarizəsi, dəyişən hesabı və sonadək qorunan gərginliyi ilə bu qarşılaşma uzun müddət yadda qalacaq. Təki Premyer Liqamızda belə matçların sayı çox olsun. Çünki çempionata marağı artıran məhz bu cür qarşılaşmalardır.
"Sabah"dan daha bir inamlı addım
"Sabah" Çempionlar Liqasındakı tarixi çıxışından sonra daxili çempionatda da yoluna inamla davam edir. Bu dəfə "Qəbələ" səfərindən 4:0 hesablı qələbə ilə qayıdan paytaxt təmsilçisi həm üç xalını götürdü, həm də gücünü nümayiş etdirdi.
Çempionlar Liqasının əsas mərhələsində iştirak edən komandanın paralel olaraq Premyer Liqada da tempdən düşməməsi xüsusi diqqətə layiqdir. "Sabah" artıq avrokubok uğurunun təsadüfi olmadığını daxili arenada da nəticələri ilə göstərir.
"Qəbələ" isə hələ ki, mövsümə dair gözləntiləri doğrulda bilmir. Komanda nəticə baxımından çətin vəziyyətdədir və bu gedişatın dəyişməsi üçün çox vaxtı da yoxdur.
"Turan Tovuz"a çempionluq sualı
VIII turun ən düşündürücü nəticələrindən biri Yevlaxda qeydə alındı. "İmişli" "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub etdi. Əslində, bu nəticədən daha çox nəticənin özü deyil, Tovuz təmsilçisinin oyunu sual doğurur.
Çünki mövsümün əvvəlində qarşısına çempionluq hədəfi qoyan komanda belə oyunlarda öz gücünü ortaya qoymalıdır. Autsayderlərlə qarşılaşmalarda xal itirmək çempionluq yarışında çox baha başa gəlir. "Turan Tovuz"un potensialı barədə danışmaq olar, amma potensialı nəticəyə çevirməyin vaxtı artıq çoxdan keçir.
Bu komanda həqiqətən çempionluğa oynamaq istəyirsə, təkcə iddialı açıqlamalar kifayət etməyəcək. Meydanda da həmin iddianın qarşılığı görünməlidir.
Gəncədə yenə böyük atmosfer
"Kəpəz" – "Zirə" qarşılaşması 1:1 hesabı ilə başa çatdı. Nəticədən daha çox Gəncədəki atmosfer yenidən diqqət çəkdi. "Kəpəz" doğma meydanda azarkeşlərinin dəstəyi ilə bir daha məğlub olmadı.
Gəncə futbolunun ən böyük üstünlüklərindən biri məhz bu tribunadır. "Kəpəz" üçün doğma meydan artıq rəqiblərin rahat oynadığı yer deyil. Komanda burada xal qazanmağı bacarır və azarkeş faktoru da bu mübarizədə ciddi rol oynayır.
"Zirə" isə səfərdən bir xalla qayıtsa da, yuxarı sıralar uğrunda mübarizə aparan komanda üçün belə oyunlarda maksimum nəticə daha vacibdir. Gəncədə isə yenə bir həqiqət dəyişmədi: "Kəpəz" öz meydanında asan təslim olmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sport24.az
archiveBu xəbər 19 Oktyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri