Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Kimin yaxtasında üç saat

Kimin yaxtasında üç saat

Icma.az bildirir, Sia Az portalına istinadən.

FAZ: Kim Çen In Rusiyaya yeni sursat və əlavə qoşunlar vəd edib

Almaniyanın FAZ qəzeti yazır ki, Lavrov və Kim Çen In arasında görüş uğurlu olub. Tərəflər əsas istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər və Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xüsusi əməliyyata ardıcıl və prinsipial dəstəyə görə Şimali Koreya liderinə təşəkkür edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyada deyib ki, o, rejimin nüvə proqramını başa düşür. Buna cavab olaraq Kim yeni sursat və əlavə qoşunlar vəd edib.

Moskva və Pxenyan arasında yüksək səviyyəli görüşlər adi hala çevrilib, lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Şimali Koreya lideri Kim Çen Inın yaxtasında üç saatlıq qəbulunu hələ də nadir hadisə adlandırmaq olar. Kimin yaxtası Rusiyadan turistləri cəlb etməyə ümid edən rejim tərəfindən bu yaxınlarda açılan Wonsan-Kalma kurortunda dayanıb. Lavrov kurortu yüksək qiymətləndirib və ümid etdiyini bildirib ki, Vonsan-Kalma rusiyalı turistləri cəlb edəcək. Ola bilsin ki, bölgə Rusiya ilə hava yolu ilə əlaqələndirilə bilər.
Lakin reallıqda söhbət həmişə olduğu kimi bu dəfə də Şimali Koreyanın Rusiyanın hərbi əməliyyatına dəstəyindən və buna uyğun qarşılıqlı üstünlüklərdən gedirdi. “Rodong Sinmun” qəzeti yazır ki, Kim “əziz dostu” Lavrova Rusiya rəhbərliyinin Ukrayna böhranını “həll etmək” üçün gördüyü bütün tədbirlərə “şərtsiz dəstək” vəd edib. “Prezident Vladimir Putinin görkəmli rəhbərliyi altında” Rusiya Ukrayna ilə münaqişədə “əlbəttə qalib gələcək”. Bunun üçün o, Şimali Koreyanın “şərtsiz dəstəyini” almağa davam edəcək”, – Kim deyib.

Aprelin sonunda Moskva Şimali Koreya əsgərlərinin Rusiyanın qərbindəki Kursk bölgəsində ukraynalılara qarşı döyüşlərdə iştirakını etiraf edəndən bəri tərəflər qarşılıqlı hörmət və minnətdarlıq mübadiləsi aparır. Rusiyanın xarici işlər naziri cümə günündən bazar gününə kimi Şimali Koreyada olub, sonra isə Pekinə gedib.
Bazar günü Rusiya Xarici İşlər Nazirliyi həmçinin bildirib ki, Lavrov şənbə günü onu qəbul edən lider Kim Çen Ina Pxenyanın “Rusiyanın xüsusi hərbi əməliyyatına ardıcıl, prinsipial dəstəyinə”, habelə Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirakına görə “səmimi təşəkkür” edib.

Hər iki tərəf Koreya yarımadasında “artan gərginliyin” səbəbi kimi “ABŞ və onun müttəfiqlərinin hərbi fəaliyyətini genişləndirməsi”, həmçinin “nüvə komponenti” ilə təlimlər keçirməsi ilə bağlı razılığa gəliblər. Şənbə günü səhər saatlarında Lavrov Wonsan liman şəhərində Şimali Koreyalı həmkarı Ço Son Huinin Kursk bölgəsində təsdiqlənən “məğlubedilməz hərbi qardaşlıq” haqqında danışdığını bildirib. Kim Çen In Rusiyaya hansı formada kömək edəcəyinə özü qərar verir, Lavrov vurğuladı və əlavə etdi ki, “səmimi həmrəylik nümayişindən imtina etmək üçün heç bir səbəbimiz yox idi”. Lavrovun sözlərinə görə, Şimali Koreya ətrafında ABŞ, Cənubi Koreya və Yaponiya tərəfindən hərbi qüvvələrin yığılması müşahidə olunur. O, xəbərdarlıq edib ki, bundan Rusiya və Şimali Koreyaya qarşı istifadə edilməməlidir.

Buna cavab olaraq Rusiya Şimali Koreyadan böyük miqdarda artilleriya sursatları almağa davam edir. Bazar günü Cənubi Koreya hərbi kəşfiyyatı Rusiyanın Şimali Koreyadan 152 millimetrlik mərmi də daxil olmaqla 12 milyondan çox artilleriya mərmisi aldığını bildirib. Cənubi Koreya rəsmiləri kəşfiyyat məlumatlarına görə, bu mərmilər Şimali Koreyadan Rusiyaya 28 min konteynerdə göndərilib.

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bir neçə gün əvvəl yekunlaşdırıb ki, Şimali Koreya hərbi əməliyyatlar üçün Rusiyaya silah-sursatın 40%-ə qədərini verir. Budanov Bloomberg-ə müsahibəsində "Bu, yaxşı silahdır" deyib.

Seul bildirib ki, keçən ilin oktyabr ayından Şimali Koreya Rusiyaya sursat və adi silahlardan əlavə 13 minə yaxın əsgər göndərib. Cənubi Koreya hərbi kəşfiyyatı artıq iyunun sonunda bəyan etmişdi ki, Şimali Koreya iyul və ya avqust aylarında Rusiyaya əlavə qoşun göndərəcək. KİV-in məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Şimali Koreya lideri Kim Çen In iyunun ortalarında Pxenyanda keçirdikləri son görüşdə bölgənin bərpasına kömək etmək üçün Kursk bölgəsinə 5 min Şimali Koreyalı inşaat işçisi və 1000 istehkamçı göndərmək barədə razılığa gəliblər. Göründüyü kimi, Kim hələ də Ukraynaya Rusiyaya dəstək üçün qoşun göndərməyə hazır deyil.

V.VƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see635

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see606

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see603

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see453

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see417

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see388

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see383

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see343

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see324

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see315

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see303

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri