Icma.az
close
up
RU
“Kimin qazanıb, kimin itirdiyini deyə bilmərik” Abasov

“Kimin qazanıb, kimin itirdiyini deyə bilmərik” Abasov

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının VIII turunun “Neftçi” – “Araz-Naxçıvan” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Qəliz oyun keçdi. Bəzi anlarda biz, bəzi anlarda rəqib fərqlənə bilərdi. İlk qola qədər çox yaxşı oynadıq. Qoldan sonra nədənsə “oturduq”. Belə planımız yox idi. Həddindən artıq çox top itirdik, sonra da rəqib qol vurdu. İkinci hissəyə başlayanda uşaqlara bəzi tapşırıqlar vermişdik. Lakin oyun başlayan kimi müdafiəçimizin səhvindən qol buraxdıq. Planlarımızı sona qədər davam etdirdik. Qol buraxsaq da, ruhdan düşmədik. Oyunun sonlarında dirəkdən qayıdan topumuz da oldu. Əfsuslar olsun, qələbə qazana bilmədik. Bu gün kimin qazanıb, kimin itirdiyini deyə bilmərik. Həddindən artıq çox təhlillər lazımdır. Üzücü məqam qərarlarımızdakı problemlər idi. Son ötürmələrdə problemlər yaşadıq. Ola bilsin, kifayət qədər birlikdə məşq edə bilməməyimizə görə belədi. Millilərinə gedən futbolçularımız çox idi.

– 1:0-dan sonra tamam fərqli oynamağınız nə ilə bağlı idi?
– Fikirləşirdik ki, 1:0-dan sonra daha da basqılı olacağıq. Lakin çox top itkilərinə yol verdik. Bunun səbəbi özümüzük. Çox epizod yarada bilərdik, amma alınmadı. İndi nəsə demək çox çətindir.

– Birinci qolda müdafiəçilər, ya qapıçı günahkardır?
– Qapıçı məşqçisi ilə danışandan sonra nəsə deyə bilərəm. Mərkəz müdafiəçilərimiz ondan əvvəl baş verən epizoda fokuslanmışdı. İş də elə gətirdi ki, öyündüyümüz müdafiədə bu gün boşluqlar verdik. Düşünürəm ki, səbəb 1:0-dan sonra oynadığımız oyundadır.

– Abubakarla görüşmüsünüzmü?
– Onun gəlişi komandaya çox yaxşı təsir edəcək. Hər futbolçu yanında keyfiyyətli oyunçu görəndə ona uyğunlaşmağa çalışır. Abubakarla danışmağa vaxtımız olmayıb. Sabahdan məşqlərə qoşulacaq.

– Müdafiə xəttiniz qollarda kobud səhvlərlə yadda qaldı. Oyunçular eyforiyadadır?
– Xeyr. Mövqeyimiz o deyil ki, rahatlıq olsun. Səhvlər olur, qaçılmazdır.

– Çempionatda əsas rəqiblərinizlə oyunlarda xal itirmisiz. Bu, hədəfə çatmaqda çətinlik yaratmayacaq?
– Qələbələr qazanmaq istəyirik. Xüsusilə ev matçımızda üç xallar əldə etməliyik. Əfsuslar olsun, epizodları tamamlaya bilmirik. Son qərarlarda tələsirik. Bu gün hər an çempionatda vəziyyət dəyiş bilər. Hər il maraqlı nüanslar olur. Gündən-günə daha yaxşı olmalıyıq, xallar qazanmalıyıq.

– Nigeriyalı Metyu haqda fikirləriniz nədir?
– Metyu oyuna çox yaxşı qoşuldu. Hücumda effektivlik yaratdı. Onun top vəziyyətə çatması üçün zaman lazımdır. Fikirləşirəm ki, çox yaxşı futbolçudur və bizə faydalı olacaq.

– İdrissa Dumbiya ilə bağlı vəziyyət nə yerdədir?
– Müzakirələr gedir. Çox yaxın günlərdə yekunu biləcəyik.

– Oyunun sonlarında gənc Murad və Ağadadaşa şans verməklə risk etmədiniz?
– Oyunçunu meydana buraxırıq ki, effektiv olaq. Baxmırıq ki, gəncdir, ya necədir.

– “Neftçi”yə son çempionluğu qazandıran mövsüm Keysuke Honda gəlmişdi. Bu dəfə Abubakar gəlib. Dejavu yaşamırsınız? Və ya bu transferi rəqiblər üzərində bir basqı yaratmaq kimi düşünmürsünüz?
– Belə düşünənlər də var. Abubakar rəqiblər üçün həddindən artıq motivasiya ola bilər. Xüsusilə müdafiəçilərçün. Bəzi müdafiəçilər üçün Abubakara qarşı yaxşı oynamaq onu ucalda bilər. Hücumda problemlərimiz var və bunu çözmək üçün Abubakarı gətirmişik.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:290
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 Oktyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri