Icma.az
close
up
RU
Kimlər gəldi, kimlər getdi? 2024cü ildə itirdiyimiz məşhurlar Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Kimlər gəldi, kimlər getdi? 2024cü ildə itirdiyimiz məşhurlar Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-ci ili qarşılamağa sayılı günlər qalıb. 

2024-cü ildə ölkəmizin tarixində iz qoyan bir çox önəmli hadisələrlə yanaşı, itirdiyimiz sənət adamları da xeyli saydadır.

Kimisi uzun sürən xəstəlikdən, kimisi gözlənilmədən gözlərini əbədi olaraq bu dünyaya yumdu. 

AZXEBER.COM 2024-cü ildə dünyasını dəyişmiş məşhurların siyahısını oxuculara tədim edir:

2024-cü ilin əvvəlində itirdiyimiz ilk sənətkar Əməkdar artist Aygün Bəylər oldu. O, uzun sürən xəstəlikdən sonra Türkiyədə malicə aldığı xəstəxanada vəfat edib. Nəşi vətənə gətirilən sənətkar Suraxanı qəbristanlığında dəfn olunub.

Daha bir ağır xəstəlikdən itirdiyimiz sənətçi Əməkdar artist Gülbahar Şükürlüdür. O, 2024-cü ilin yanvarında 62 yaşında vəfat edib. Qarmon ifaçısı uzun müddət xərçəngdən əziyyət çəkib.

"Sehrli xalat” filmində baş rolun – Rəşid obrazının ifaçısı Azər Qurbanov da yanvarda itirdiyimiz tanınmışlardandır. Ömrünün son 30 ilini ABŞ-da yaşayan Azər Qurbanov ağır xəstəlikdən nəticəsində dünyasını dəyişib.

Tanınmış müğənni, Əməkdar artist Sahibə Əhmədova mart ayında vəfat edib. İfaçı xərçəng xəstəliyindən dünyasını dəyişib. Müğənni "Şah İsmayıl" operasında Ərəbzəngi rolunun əvəzsiz ifaçısı kimi şöhrət qazanıb. O bir zamanlar oxuduğu muğam və xalq mahnıları ilə məşhurlaşmışdı.

Hər kəsi qəhərə boğan daha bir acı xəbər də Əməkdar artist Cavanşir Məmmədovdan gəldi. O, bu ilin aprelində gözlənilmədən dünyasını dəyişdi. Verilən açıqlamada müğənninin ölümünə səbəb kimi ürəktutması göstərilib.

Meyxana dünyası da bu il gənc ifaçılarının vaxtsız gedişi ilə sarsıldı.

Mahnıları dillər əzbəri olan tanınmış meyxanaçı Elnur Valeh bu ilin iyulunda vəfat edib. Meyxanaçı uzun müddət şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkirdi.


Bir çox sevilən rollara həyat verən aktrisa Naibə Əlibəyova da bu ilin martında itirdiyimiz məşhurlardandır. O, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və müalicə almasına baxmayaraq dünysını dəyişib.

Uzun müddətdir ürəkçatışmazlığından əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli də dekabr ayında itirdiyimiz məşhurlardandır. Bütün sənət dünyasının kömək əlini uzatdığı meyxanaçı, bütün səylərə baxmayaraq həyata tutuna bilmədi və 44 yaşında dünyasını dəyişdi.

Aysel Hacızadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 24 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri