Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Kimlər Paşinyanın qalması, yaxud getməsində maraqlıdır?

Kimlər Paşinyanın qalması, yaxud getməsində maraqlıdır?

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistanda keçiriləcək parlament seçkiləri nəinki maraqla izlənilir, həm də müəyyən mənada açıq, müəyyən mənada isə qapalı şəkildə şəkildə regionda maraqları olan ölkələrin birbaşa, yaxud dolayı müdaxiləsi ilə üzləşir”.

“Yeni Sabah” xəbər verir ki, bunu hərbi ekspert Səxavət Məmməd “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Qərbin Paşinyana dəstəyinin arxasında duran əsas motiv geostratejidir: pizza mizza

“Faktiki olaraq Paşinyan hakimiyyətinin davam etməsi üçün ABŞ, Qərb, Türkiyə, İran və Azərbaycan maraqlı görünür. ABŞ-nin bu regionda maraqlarını təmin etmək üçün Paşinyan hakimiyyətinin qalmasında maraqlı olduğu bəllidir. Bu marağı və İrəvana verilən dəstəyi nümayiş etdirmək üçün son dövrlər ABŞ rəsmilərinin Ermənistana səfərləri zamanı atom elektrik stansiyası yönündə əməkdaşlıq memorandumu imzalandı, ABŞ ordusu ilə Ermənistan hərbçilərinin birgə təlimləri keçirildi, eləcə də Vaşinqton tərəfindən Ermənistana pilotsuz uçuş aparatlarının (dronların) ötürülməsi daxil olmaqla hərbi-texniki yardımlar göstərildi. ABŞ-nin bu cür davranışının müxtəlif səbəbləri ola bilər.

Qərbin Paşinyana dəstəyinin arxasında duran əsas motiv ideoloji yox, tamamilə geostratejidir. Paşinyan Ermənistanı Rusiyanın təhlükəsizlik çətirindən (KTMT) uzaqlaşdıran, rus sərhədçilərini ölkədən (məsələn, İrəvanın "Zvartnots" hava limanından) çıxaran və Kremlin təsir alətlərini zəiflədən yeganə şəxsdir. Qərb üçün Ermənistan Rusiyanın Cənubi Qafqazdakı "forpostu" statusunu sındırmaq üçün unikal şansdır. Başqa cür ifadə etsək, Rusiya vaxtilə Ermənistanı regionun İsraili kimi quraşdırmışdı. Rusiya o layihəni sonadək davam etdirə bilmədi. Hazırda isə Qərb regionda Ermənistanın timsalında özü üçün bir forpost yaradır - İkinci İsrail.

ABŞ-nin vasitəçiliyi ilə gündəmə gələn "Trump Route for International Peace and Prosperity" (TRIPP) kimi regional layihələrlə Ermənistanın cənubundan keçən xətlərin Qərbin və müttəfiqlərinin nəzarətində olması, Rusiyanın və İranın bu marşrutlarda moderatorluq etməməsi Vaşinqton üçün prioritetdir. Qərb əgər Ermənistanda tam qalib gəlsə və istəyinə çatsa, Rusiya Xəzər üzərindən prosesə və regional təhlükəsizliyə mane olmağa çalışacaq.

Mərkəzi Asiyanı Xəzər və Qafqaz vasitəsilə Avropaya bağlayan Orta Dəhlizin təhlükəsizliyi üçün Ermənistan-Azərbaycan sülhü şərtdir. Paşinyan bu sülhə imza atmağa hazır olan yeganə real erməni siyasətçisidir”.

Jurnalist əlavə edib ki, Paşinyanın indiyə qədər sülh müqaviləsini tam imzalamaması və bəzi məsələləri ləngitməsi proqnozlaşdırılırdı:

“Bakı üçün Paşinyan hakimiyyəti proqnozlaşdırıla bilən və idarəolunan riskdir. Paşinyan "Mifik (tarixi) Ermənistan" ideyasından imtina edib, ölkəni mövcud 29,743 kv. km sərhədləri daxilində tanıtmağa çalışır. Paşinyan strateji olaraq vaxtilə sovet dönəmində Azərbaycan torpaqları hesabına genişləndirilən hazırkı Ermənistan ərazisinin, loru dildə desək, çıxarış sənədinə "kupça" almaq niyyətindədir. Dolayısı ilə bu sənəd Ermənistana verilən torpaqların rəsmiləşdirilməsi anlamına da gəlir.

Ümumiyyətlə, Paşinyanın indiyə qədər sülh müqaviləsini tam imzalamaması və bəzi məsələləri ləngitməsi proqnozlaşdırılırdı. Çünki Paşinyan növbəti seçki dönəmi üçün həm özünə daxili siyasi iş və arqument saxlayırdı, həm də Azərbaycan və Türkiyənin regional sabitlik naminə dolayısı ilə ona mane olmamasını hədəfləyən planlar qururdu. Əslində bunun müəyyən mənada baş tutduğunu da görürük.

Paşinyan özünü həm də ona görə cəlbedici edir ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını (Müstəqillik Bəyannaməsinə istinadı) çıxaracağını vəd edir, Ağrı dağı simvolizmindən imtina etməklə Azərbaycan və Türkiyə üçün özünü müzakirə edilə bilən tərəfə çevirir”.

Ekspert vurğulayıb ki, Ermənistanın blokadadan çıxması və regional layihələrə cəlb olunması erməni diasporunun "soyqırımı" kartını və beynəlxalq təzyiqlərini zəiflədir:

“Türkiyə ilk baxışda Azərbaycanla müttəfiqliyi ön plana çıxarsa da, əslində Türkiyənin Ermənistanla bağlı dövlət maraqları da var. Birincisi, Türkiyə NATO üzvüdür və Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması regionda Rusiyanın nüfuzunun zəiflədilməsi baxımından NATO və ABŞ üçün də önəmlidir. Türkiyə Paşinyan dönəmində Ermənistanla birbaşa hava əlaqələrini bərpa etdi, xüsusi nümayəndələr təyin etdi. Türkiyə üçün Ermənistanın blokadadan çıxması və regional layihələrə cəlb olunması erməni diasporunun "soyqırımı" kartını və beynəlxalq təzyiqlərini zəiflədir. İki ölkə arasında normallaşma baş versə, Türkiyə ilə Ermənistan sürətlə yaxınlaşacaq. Buna səbəb həm də dünyada ən güclü erməni diasporasının məhz Türkiyədə olmasıdır.

İranın Paşinyana yanaşması ilk baxışda ziddiyyətli görünsə də, reallıqda Tehrana onun zəif və kompromislərə açıq lider olması sərf edir.

İran üçün ən böyük qırmızı xətt Ermənistanla olan 44 km-lik sərhədinin (Sünik/Meğri marşrutu) kəsilməsidir. Radikal bir erməni hakimiyyəti gəlib yeni hərbi eskalasiyaya səbəb olsa və Azərbaycan həmin bölgəni (Zəngəzur dəhlizini) hərbi yolla nəzarətə götürsə, İran Ermənistanla birbaşa coğrafi bağını tam itirə bilər. Paşinyanın sülh siyasəti hərbi toqquşma riskini azaltdığı üçün İranın "sərhəd təhlükəsizliyi" marağına xidmət edir. Tehran Ermənistan vasitəsilə Şimal-Cənub dəhlizinin bir qolunu saxlamaq istəyir. Paşinyan hökuməti həm Qərblə, həm də İranla balans yaratmağa çalışır (məsələn, Ermənistanın İrandan müəyyən müdafiə təyinatlı məhsullar alması və ya birgə layihələr). Radikal qərbpərəst və ya tam rusyönümlü bir qüvvə İranın bu tranzit maraqlarını tam vura bilər. Nəzərə almaq lazımdır ki, İranla Rusiya qlobal aləmdə müttəfiq olsalar da, Cənubi Qafqazda rəqibdirlər. Çünki İranda hələ də Cənubi Qafqazın Rusiya tərəfindən işğal edildiyi (Gülüstan və Türkmənçay müqavilələri ilə itirildiyi) fikri hakimdir. Yəni, Azərbaycanda Türkmənçay müqaviləsinə Azərbaycanın İran və Rusiya tərəfindən iki yerə bölündüyü fikri nə qədər hakimdirsə, İranda da Rusiyanın tarixi torpaqları işğal etdiyi düşüncəsi ön plandadır.

Hazırda nə Bakıya, nə Ankaraya, nə Vaşinqtona, nə də Tehrana yeni bir regional partlayış lazımdır. Paşinyan isə hamı üçün güzəştə gedə bilən, regionun xəritəsini və reallıqlarını qəbul edən mərkəzi fiqurdur.

Taktiki baxımdan Paşinyanın hakimiyyətdə qalması Azərbaycan üçün sərfəli görünə bilər. Ancaq strateji baxımdan Paşinyanın atdığı addımlar, Avropa İttifaqı ilə əlaqələr, ABŞ ilə işbirliyi, hərbi baxımdan modernizasiya xətti uzunvədəli dövrdə Azərbaycanın maraqlarına tam cavab verməyə bilər. Azərbaycanın maraqlarına cavab verən Ermənistan hərbi-siyasi iddiaları olmayan, iqtisadi baxımdan regional asılılığı olan Ermənistandır. Paşinyanın tutduğu xətt isə tamamilə Qərbə inteqrasiya olunmuş, iqtisadi və təhlükəsizlik baxımından Rusiyadan müstəqil Ermənistan qurmaqdır. ABŞ-nin dövlət katibi sənədlərin təsdiqi və TRIPP layihəsinin niyyət protokollarının imzalanması istiqamətində addımlar atsa da, sənəddə də qeyd edildiyi kimi niyyət protokolu bir il sonra qüvvəyə minəcək. Sanki ABŞ də loru dildə desək "əl yeri qoyur". Buradakı ən böyük problemli məsələ Rusiya ilə bağlıdır. Layihədə regional nəqliyyat və dəmiryolu xətlərinin istifadəsi nəzərdə tutulur. Ancaq Ermənistanın dəmiryolu infrastrukturu (Cənubi Qafqaz Dəmir Yolları) konversiya müqaviləsi ilə Rusiyanın ("RJD") idarəçiliyində və mülkündədir. Rusiya buna necə reaksiya verəcək, bunu təxmin etmək o qədər də çətin deyil. Bundan əlavə Çinin də reaksiyası maraqlı olacaq”.

S.Məmməd qeyd edib ki, Rusiya regiona genişmiqyaslı logistika və ya müdaxilə etmək üçün mütləq şəkildə Gürcüstan amilini və ya hava məkanını nəzərə almalıdır:

“Digər tərəfdən, açıq şəkildə görünür ki, Rusiya ilk dəfədir Paşinyanla real təzyiq müstəvisinə keçib. Ermənistanda keçirilən rəy sorğuları da çox maraqlıdır: ermənilər artıq açıq şəkildə iqtisadi cəhətdən inkişaf etməkdən, güclü cəmiyyət və dövlət qurmaqdan danışırlar. Paşinyan faktiki olaraq ermənilərə öz ideyasını yeridə bilib. Rusiya tərəfdən baxanda ermənilərin ictimai rəyi tamamilə dəyişib. Rusiya faktiki olaraq Ermənistanın kənd təsərrüfatı məhsullarının ("Rosselxoznadzor" vasitəsilə) ixracına qadağalar və vetolar qoyur. Bunu daha da artıracaqlar. Ancaq görünən odur ki, erməni əhalisinin rəyini bu iqtisadi təzyiqlər də tam dəyişmir. Rusiya paralel olaraq siyasi təzyiqləri də işə salıb və Kremlin bəyanatlarında Ermənistana yönəlik hədələr açıq hiss olunur.

İqtisadi və siyasi təhdid tükənəndə qayda budur ki, hərbi rıçaqlar və ya təxribat ssenariləri işə düşür. Rusiyanın Ermənistana hərbi təsir imkanları var? Ermənistandakı Rusiya hərbi bazası (102-ci baza) və hərbi mövcudluğu strateji baxımdan regionda böyük əhəmiyyətə malikdir. Ancaq daxildə birbaşa hərbi yolla hakimiyyəti çevirmək üçün bu struktur kifayət etməyə bilər. Rusiya regiona genişmiqyaslı logistika və ya müdaxilə etmək üçün mütləq şəkildə Gürcüstan amilini və ya hava məkanını nəzərə almalıdır. Qeyd etmək lazımdır ki, hazırkı dünyada hansısa bir dövlətin başqa dövlətin ərazisinə birbaşa və ya dolayı hərbi/hibrid müdaxiləsi artıq qeyri-adi bir hal sayılmır. Misal üçün, Yaxın Şərqdə regional zərbələr endirilir, böyük dövlətlər narahat olur, bəyanat verir, ancaq nəticə dəyişmir. Ona görə də, hazırkı geosiyasi situasiyada "ola bilməz" anlayışı öz reallığını itirib.

Hansısa fors-major və qeyri-adi hadisə baş verməsə, Paşinyanın Ermənistanda yenidən seçiləcəyi real görünür. Eləcə də, Paşinyanın hazırda apardığı siyasəti davam etdirəcəyi təqdirdə regionda yeni konfiqurasiyaların qurulacağında şübhə yeri qalmır”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyun 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see516

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see385

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see379

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see370

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see348

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see347

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see301

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see283

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see256

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see247

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see245

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see237

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see233

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see229

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see222

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see215

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see197

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see194

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see180

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri