Kimlər qeyri iş günlərində maaşlarını saatlıq əməkhaqqına görə alacaq? VİDEO
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Əmək Məcəlləsi"nə dəyişiklik edilir. Dəyişikliklərə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində birinci oxunuşda dəstəklənərək plenar iclasa tövsiyyə edilib.
Vüqar Bayramov bildirib ki, məsələnin mahiyyəti ondan ibarətdir ki, qeyri-iş günlərində çalışan vətəndaşlara əlavə çalışdığı saatlara görə ödənişlər olacaq. O qeyd edib ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımdan vacib idi.
Ən yüksək faiz verən depozit hansı bankdadır?
Millət vəkili onu da əlavə edib ki, dəyişikliyə əsasən, hər saata görə həsablanan maaşın məbləği 2 dəfədən çox olmalıdır. Dəyişikliklər həmçinin bir çox vacib nüansları ehtiva edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 17 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















