Icma.az
close
up
RU
Kimlərə maaşdan əlavə birdəfəlik və aylıq kompensasiya ödəniləcək?

Kimlərə maaşdan əlavə birdəfəlik və aylıq kompensasiya ödəniləcək?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nazirlər Kabineti “Dövlət qulluqçusunun rotasiyası Qaydası” və “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi Qaydası”nı 20 fevral 2025-ci il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov həmin qaydaları şərh edir:

Qaydalara əsasən, dövlət qulluqçusu rotasiya halında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınır. Müvafiq vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçusu rotasiya olunmur. Qeyd edək ki, rotasiya – inzibati vəzifə tutan dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbərinin qərarı ilə bir vəzifədən başqa vəzifəyə keçirilməsi hesab edilir.

Rotasiyanın təşkili

Rotasiyanın tətbiq edildiyi vəzifələrdə qulluq müddəti 5 il müəyyən olunur. Komissiyanın əsaslandırılmış tövsiyəsi əsasında dövlət orqanının rəhbəri tərəfindən bu müddət hər dəfə, bir ildən çox olmamaqla, 2 dəfə uzadıla bilər. Rotasiyanın tətbiq olunduğu vəzifəyə keçirilən dövlət qulluqçusunun əmək müqaviləsində bununla bağlı dəyişikliklər edilir.

Rotasiya müvafiq ilin sentyabr ayında həyata keçirilir. Xidməti zərurətlə əlaqədar rotasiya ilin digər aylarında həyata keçirildikdə, dövlət qulluqçusuna rotasiya olunacağı vəzifə və vaxtı barədə ən azı 6 ay əvvəl rəsmi məlumat verilməlidir. Dövlət qulluqçusu öz təşəbbüsü və qulluq keçdiyi dövlət orqanının rəhbərinin razılığı əsasında rotasiya vəzifəsinə keçirilə bilər.

Aşağıdakı şəxslər onların razılığı əsasında rotasiya edilirlər:

- hamilə və üç yaşına çatmamış uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;

- öhdəsində əlilliyi olan uşağı və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan şəxslər;

- dövlət qulluğunda olmanın yaş həddinə iki ildən az müddət qalan şəxslər;

- müvafiq vəzifənin yerləşdiyi ərazinin səhhətinə mənfi təsir edə biləcəyi şəxslər (tibbi arayış əsasında);

- rotasiya vəzifələrinə azı 3 dəfə (ümumilikdə 15 ildən az olmayaraq) rotasiya olunan şəxslər.

Aşağıdakı dövrlərdə rotasiya müvəqqəti olaraq təxirə salınır:

- rotasiya olunanın fəaliyyətinə bilavasitə rəhbərlik və ya nəzarət etdiyi təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlama, təftiş) aparıldığı dövr;

- rotasiya olunan barəsində xidməti yoxlama (araşdırma) və ya cinayət işinin istintaqı aparıldığı dövr;

- rotasiya olunanın məzuniyyətdə və ya ezamiyyətdə olduğu, habelə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr (tibbi arayış əsasında).

Bu halda rotasiya yuxarıda nəzərdə tutulan hallar aradan qalxdığı gündən 1aydan gec olmayaraq həyata keçirilməlidir.

Rotasiya dövlət qulluqçusunun yaşadığı inzibati ərazi vahidini dəyişməklə və ya dəyişməməklə həyata keçirilir. Dövlət qulluqçusunun yaşadığı inzibati ərazi vahidindən 50 kilometrdən çox uzaqlıqda yerləşən quruma qulluq keçmək üçün rotasiya olunması yaşadığı inzibati ərazi vahidini dəyişməklə aparılır.

Rotasiya olunan dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial təminatları

Dövlət rotasiya olunanların sosial və hüquqi müdafiəsinə, onların özləri və ailələri üçün layiqli həyat səviyyəsinin təmin edilməsinə zəmanət verir. “Dövlət qulluğu haqqında” Qanunun 30.5-ci maddəsinə əsasən, müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə aparmağa ixtiyarı vardır. Ona müəyyən edilmiş yaşayış normalarına uyğun gələn məişət ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl qulluq keçdiyi yerdəki yaşayış sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə kömək göstərilir, məktəbəqədər təhsil müəssisələrində yer verilir və lazım gəldikdə, onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmətlə təmin edilir. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağlı digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Qaydalara əsasən, yuxarıda nəzərdə tutulan təminatlarla yanaşı, rotasiya olunan dövlət qulluqçularına aşağıdakı təminatlar verilir:

- rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına ödənilən birdəfəlik ödəniş;

- rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına ödənilən aylıq pul kompensasiyası;

- rotasiya olunanla birlikdə yaşadığı inzibati ərazi vahidini dəyişmiş və bu səbəbdən iş yerlərini itirmiş ailə üzvlərinin işlə təmin olunma imkanlarının dəstəklənməsi;

- rotasiya olunanın övladlarının qulluq keçdiyi yaşayış məntəqəsində təhsil müəssisələrinə yerləşdirilməsi.

Rotasiya olunanla birlikdə yaşadığı inzibati ərazi vahidini dəyişmiş və bu səbəbdən iş yerlərini itirmiş ailə üzvlərinin (təsdiqedici sənədlər təqdim edilməklə) müraciəti əsasında onların məşğulluğunun təmini üçün “Məşğulluq haqqında” Qanuna uyğun tədbirlər görülür. Rotasiya olunanın ailə üzvləri yaşadıqları inzibati ərazi vahidini dəyişməmişdən əvvəl dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olduqları halda, onlar həmin təşkilatların müvafiq rayon (şəhər) şöbələrində (təşkilatlarında) vakant vəzifənin olması nəzərə alınaraq işlə təmin edilə bilərlər.

Qaydalara görə, rotasiya olunanın ailə üzvü dedikdə, aşağıdakılar nəzərdə tutulur:

Ailə üzvü – rotasiya olunanla birlikdə yaşayan arvadı (əri), valideynləri, yetkinlik yaşına çatmayan uşaqları (övladlığa götürülənlər daxil olmaqla), himayəsində olan yetkinlik yaşına çatmayan bacıları, qardaşları, habelə arvadının (ərinin) valideynləri.

Aylıq kompensasiyalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 20 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi Qaydası”na əsasən, həmin şəxslərə aşağıdakı ödənişlər ödənilir:

• Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 (iki yüz əlli) manat məbləğində aylıq pul kompensasiyası ödənilir.

• Rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün yuxarıda müəyyən edilmiş müvafiq kompensasiyanın 50 faizi məbləğində vəsait ödənilir.

Misal 1: İş yeri Bakı şəhərində yerləşən dövlət qulluqçusunun qeydiyyatı Xırdalan şəhərindədir və tarif maaşı 1.500 manatdır. O, rotasiya qaydasında Gəncə şəhərində öz işini davam etdirməlidir. Dövlət qulluqçusunun ailə üzvləri atası, anası, həyat yoldaşı, iki uşağı və himayəsində olan 20 yaşlı bacısı var. Bu halda ona nə qədər kompensasiya ödəniləcək?

Bu nümunədə dövlət qulluqçusuna maaşından əlavə olaraq aylıq 250 manat pul kompensasiyası, ailə üzvlərinə görə isə aşağıdakı məbləğdə kompensasiya ödəniləcək:

Göründüyü kimi, rotasiya olunan şəxsin 6 ailə üzvü var. Lakin onlardan 5-nə görə müəyyən olunmuş qaydada kompensasiya hesablanması həyata keçiriləcək. Çünki Qaydaların “Ümumi müddəalar” hissəsində ailə üzvləri anlayaşına izah verilərkən, “himayəsində olan yetkinlik yaşına çatmayan bacıları, qardaşları” ifadəsindən istifadə olunub. Mülki Məcəllənin 28-ci maddəsinə əsasən, şəxsin yetkinlik yaşı 18 yaş hesab edilir. Nümunədəki şəxsin bacısının 20 yaşı olduğu üçün yetkinlik yaşına çatmış hesab edilir və bu baxımdan ailə üzvlərinə daxil edilmir. Ona görə də 5 ailə üzvünə görə kompensasiya hesablanacaq və aylıq maaşdan əlavə olaraq, cəmi 875 manat məbləğdə vəsait veriləcək:

Özünə görə: 250 manat;

Ailə üzvlərinə görə: (250 x 50 %) x 5 nəfər = 625 manat;

Cəmi: 250 + 625 = 875 manat.

Rotasiyanın tətbiq edildiyi vəzifədə qulluq müddəti ərzində ailə üzvlərinin tərkibində hər hansı dəyişiklik olduqda, rotasiya olunan bu barədə 10 gündən gec olmayaraq, dövlət orqanının kadr qurumuna, strukturunda kadr qurumu nəzərdə tutulmayan dövlət orqanlarında isə kadr qurumunun funksiyalarını həyata keçirən kadr məsələləri üzrə məsul şəxsə məlumat verməlidir.

Yaşadığı inzibati ərazi vahidindən 50 kilometrdən artıq uzaqlıqda yerləşən quruma qulluq keçmək üçün rotasiya olunan, lakin yaşayış yerini dəyişməyən dövlət qulluqçusuna yalnız 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir.

Misal 2: Dövlət qulluqçusu Xırdalan şəhərində qeydiyyatdadır və orada yaşayır. O, rotasiya qaydasında Ələt qəsəbəsində işini davam etdirəcək. Bu halda işçi yaşayış yerini dəyişməyəcək. Xırdalan şəhərindən Ələt qəsəbəsinə məsafə 80 kilometr ona yalnız 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir.

Əmək Məcəlləsinin 21-1-ci maddəsinin şərtləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində qulluq keçmək üçün rotasiya olunan və ailə üzvləri üçün müəyyən edilmiş kompensasiyalara 1,5 əmsal tətbiq olunur.

Misal 3: İş yeri Bakı şəhərində yerləşən dövlət qulluqçusunun qeydiyyatı Xırdalan şəhərindədir. Onun tarif maaşı 1.500 manatdır. Dövlət qulluqçusu rotasiya qaydasında Şuşa şəhərində öz işini davam etdirəcək. Onun 3 ailə üzvləri həyat yoldaşı və iki uşağından ibarətdir. Bu halda işçiyə nə qədər kompensasiya ödəniləcək?

Əmək Məcəlləsinin 21-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər mövcud olduğu hallarda, bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

- mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olduqda;

- mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərində yerləşdikdə;

- mütəxəssislər işğaldan azad edilmiş ərazilərdə məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda).

Qaydalara əsasən, yuxarıdakı meyarlara cavab verildiyi halda, işğaldan azad edilmiş ərazilərdə qulluq keçmək üçün rotasiya olunanlara və ailə üzvlərinə müəyyən edilmiş kompensasiyalara 1,5 əmsal tətbiq edilir. Bu halda, həmin dövlət qulluqçusuna aşağıdakı qayda və məbləğdə kompensasiya hesablanıb ödəniləcək:

Özünə görə: 250 x 1,5 = 375 manat;

Ailə üzvlərinə görə: (250 x 50%) x 3 =375 manat;

375 x 1,5 əmsal = 562,5 manat.

Cəmi: 375 + 562,5 = 937,5 manat.

Birdəfəlik ödəniş

Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə keçirilən dövlət qulluqçularına ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqının 3 misli məbləğində birdəfəlik ödəniş verilir.

Misal 4: Yuxarıdakı nümunələrdəki dövlət qulluqçularına yeni inzibati ərazi vahidinə yerləşməsi üçün köç xərci və digər zəruri xərclərin ödənilməsi məqsədilə aylıq kompensasiyalardan əlavə, minimum aylıq əməkhaqqının 3 misli məbləğində birdəfəlik ödəniş veriləcək:

400 manat x 3 = 1.200 manat.

Qaydaya uyğun ödənilən birdəfəlik ödəniş işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin maddi məişət şəraitinin dəstəklənməsi üçün ödənilən müavinəti əvəz etmir. İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssisə ilkin olaraq maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat birdəfəlik müavinət verilir. Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanununda dəyişiklik edilməsi barədə 9 dekabr 2022-ci il tarixli 683-VIQD nömrəli Qanunla bu müavinətin təyinatı 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək olan dövr üçün nəzərdə tutulub.

Qaydaya uyğun olaraq, kompensasiya və birdəfəlik ödənişin verilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Qaydanın qüvvəyə mindiyi günədək rotasiyanın tətbiq edildiyi sahələrə və vəzifələrə təyin edilən şəxslərə bu Qayda şamil edilmir. Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan (aylıq 250 manat) kompensasiyanın məbləğinə üç ildə bir dəfə yenidən baxılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:482
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Mart 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri