Icma.az
close
up
RU
Kimlərə xaş yemək olmaz? MÜTƏXƏSSİS AÇIQLADI

Kimlərə xaş yemək olmaz? MÜTƏXƏSSİS AÇIQLADI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Havaların soyuması ilə Azərbaycanda xaşa tələbat artır. Xüsusilə soyuq qış səhərlərinin ənənəvi yeməklərindən sayılan xaş həm doyumlu olması, həm də tərkibindəki kollagen və jelatinlə diqqət çəkir. Lakin yüksək yağlılığı, kalorisi və xolesterin miqdarı bu yeməyin hər kəs üçün uyğun olmadığını göstərir. Bəs xaşın sağlamlığa hansı fayda və zərərləri var? Kimlər bu qidanı qəbul edərkən ehtiyatlı olmalıdır?

Məsələ ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, xaş zəngin tərkibinə baxmayaraq, ağır və yüksək kalorili qida hesab olunur. Buna görə də onun istehlakında porsiya ölçüsünə və qəbul tezliyinə diqqət yetirmək vacibdir.

Onun sözlərinə görə, xaşın tərkibində olan kollagen və jelatin toxumaların dəstəklənməsində müəyyən rol oynayır:

"Bu qida, eyni zamanda, yüksək enerji dəyərinə görə uzun müddət toxluq hissi yaradır. Xüsusilə fiziki aktivliyi yüksək olan insanlar üçün enerji mənbəyi kimi faydalı sayıla bilər.

Bununla belə, xaşın yağlılığı və xolesterin miqdarı onun tez-tez qəbulunu arzuolunmaz edir. Məhsəti Hüseynova qeyd edib ki, sağlam insanlar soyuq aylarda bu yeməyi porsiya ölçüsünə diqqət etməklə bir-iki dəfə qəbul edə bilərlər. Xroniki xəstəlikləri olan şəxslər isə qidalanma ilə bağlı qərarlarını həkim məsləhəti əsasında verməlidirlər".

Xaş hansı xəstəlikləri olan insanlar üçün risklidir?

Məhsəti Hüseynovanın sözlərinə görə, yüksək xolesterin, arterial təzyiq, ürək-damar xəstəlikləri, artıq çəki, piylənmə və qaraciyər yağlanması olan şəxslər xaşın istehlakına xüsusi diqqət yetirməlidirlər

"Belə insanlar üçün onun qəbulunun məhdudlaşdırılması, bəzi hallarda isə ümumiyyətlə menyudan çıxarılması daha məqsədəuyğun ola bilər. Xaşın həddindən artıq ədviyyatlı hazırlanması mədədə qıcıqlanma yarada, çox duz əlavə edilməsi isə qan təzyiqinin yüksəlməsinə səbəb olur. Xaşın daha rahat həzm olunması üçün onun yanında təzə mövsümi tərəvəzlərdən və göyərtidən istifadə daha məsləhətlidir. Limon, zoğal və nar kimi turş dadlı əlavələr də yeməyə üstünlük verənlər tərəfindən istifadə oluna bilər.

Xaşı günün birinci yarısında, xüsusilə günorta yeməyində qəbul etmək daha münasib seçimdir. Səhər tezdən böyük porsiyada yeyilməsi isə bəzi insanlarda həzm sistemində ağırlıq və narahatlıq yaradır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Noyabr 2026 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri