Icma.az
close
up
RU
Kimlərsə yüksək nəticə göstərəcək, kimlərsə zəif... Sertifikasiyadan gözləntilər

Kimlərsə yüksək nəticə göstərəcək, kimlərsə zəif... Sertifikasiyadan gözləntilər

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarşıdan gələn günlərdə müəllimlər üçün sertifikasiya imtahanları keçiriləcək. 

Sertifikasiya imtahanlarından gözləntilər nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirdi ki, sertifikasiya imtahanları müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, təhsildə keyfiyyətin təmin olunması və müəllim əməyinin obyektiv dəyərləndirilməsi baxımından mühüm bir addımdır.

"Bu imtahanların keçirilməsini ümumilikdə müsbət dəyərləndirirəm və hesab edirəm ki, düzgün planlaşdırılıb, şəffaf şəkildə həyata keçirilərsə, təhsil sistemimizə çoxsaylı müsbət təsirlər göstərə bilər.

Bu proses təkcə bilik yoxlaması deyil, əslində müəllimin özünü peşəkar inkişaf yolunda sınaması, yeni tələblərə cavab verə bilib-bilmədiyini öyrənməsi üçün bir fürsətdir. Müəllimlər bu imtahanlara hazırlaşmaqla həm tədris metodlarını yenidən gözdən keçirir, həm də öz biliklərini möhkəmləndirirlər. Ən önəmlisi isə odur ki, bu cür proseslər müəllimlərin öz ixtisaslarına olan münasibətini daha məsuliyyətli və sistemli edir.

Gözləntilərim ondan ibarətdir ki, keçiriləcək imtahanlarda qiymətləndirmə meyarları aydın və şəffaf olacaq, nəticələr müəllimlərə yalnız rəy deyil, eyni zamanda dəstək üçün yol xəritəsi də təqdim edəcək. Əgər nəticələr əsasında konkret fərdi inkişaf planları, təlim proqramları və ya mentorluq mexanizmləri işə salınarsa, bu zaman sertifikasiyanın faydası yalnız bir dəfəlik yoxlama deyil, davamlı inkişaf üçün mühüm vasitəyə çevriləcək".

Ekspert qeyd etdi ki, bu mərhələdə müəllimlər arasında fərqliliklərin olması təbiidir.

"Kimlərsə yüksək nəticə göstərəcək, kimlərsə zəif nəticə. Bu, müəllimlərin zəif və güclü tərəflərini müəyyən etmək, ehtiyac duyulan sahələri ortaya çıxarmaq baxımından olduqca faydalıdır. Ən əsası isə odur ki, bu nəticələr cəza mexanizminə deyil, inkişaf və dəstək mexanizminə çevrilsin.

Bununla yanaşı, sertifikasiya prosesi təhsildə idarəetməyə də yeni baxış tələb edir. Çünki yalnız müəllim yox, məktəb rəhbərliyi və təhsil idarəetməsi də bu prosesə uyğunlaşmalıdır. Müəllimə qiymət verərkən, onu daha yaxşı nəticəyə aparacaq şəraiti yaratmaq da sistemin borcudur. Bu mənada, sertifikasiya nəticələri həm də məktəblərin daxili inkişaf planlarına istiqamət verməlidir.

Unutmamalıyıq ki, bu imtahanlar müəllimləri qiymətləndirmək üçün deyil, onları inkişaf etdirmək üçün vasitədir. Təhsildə islahat dedikdə, ilk baxışdan ciddi görünən bu addımlar əslində cəmiyyətin gələcəyinə edilən sərmayədir. Sertifikasiya düzgün istiqamətdə davam etdirilərsə, uzunmüddətli dövrdə həm müəllimlərin nüfuzu artacaq, həm də ümumi təhsil keyfiyyəti yüksələcək", - deyə Ə.Həsənli fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see307

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see171

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see138

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see129

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see127

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see123

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see123

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri