Icma.az
close
up
RU
Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Kimya İnstitutunda gənc alimlər üçün beynəlxalq seminar təşkil edilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda innovativ tədqiqatların sənayedə tətbiqində beynəlxalq təcrübəyə həsr olunan maarifləndirmə seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə çıxış edən Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev bildirib ki, dünyanın aparıcı elmi mərkəzlərində çalışan tanınmış əcnəbi və yerli alimlərin müasir kimyanın aktual məsələlərinə, prioritet təşkil edən mövzularına həsr etdikləri bir-birindən maraqlı təqdimatlar gənc alim və mütəxəssislərimizin bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir.

O qeyd edib ki, Kimya İnstitutunda emprik və təcrübi müşahidələrə əsaslanan fundamental elmi araşdırmalarla yanaşı, tətbiqyönlü innovativ tədqiqatlar da aparılsa da, onların laboratoriyadan sənayeyə çıxarılmasında ciddi problemlər var: “Bu baxımdan dünyada innovativ tədqiqatların nəticələrinin sənayedə tətbiqi mexanizminin beynəlxalq təcrübədə necə işlədiyini öyrənmək üçün dünyanın aparıcı elmi mərkəzlərində sənaye ilə əlaqəli çalışan nüfuzlu alimlərin bu seminarlara cəlb olunmasını məqsədəuyğun hesab edirik”.

Ə.Sucayev dünyanın bir çox aparıcı elmi mərkəzlərində çalışan, kimyanın multidissiplinar problemlərində nəzəri və tətbiqyönlü tədqiqatlar aparan azərbaycanlı alimlərlə artıq əlaqələr qurulduğunu, onların yenidən strukturlaşma və optimallaşma mərhələsində olan Kimya İnstitutuna geniş dəstək verdiklərini xüsusi vurğulayıb və hər birinə minnətdarlığını ifadə edib.

Sonra ABŞ-nın nüfuzlu elm və ali təhsil mərkəzlərindən biri olan Cənubi Karolinanın Berkli Universitetində çalışan gənc alim Kənan Şıxəliyev “Katalitik krekinq reaksiyası üçün seolitlərin istehsalı və sənayedə tətbiqi” mövzusunda çıxış edib. O, konkret nümunələr üzərində innovativ tədqiqatların laboratoriyadan sənayeyə qədər keçdiyi mərhələləri izah edib.

K.Şıxəliyev Kimya İnstitutu ilə əməkdaşlıq çərçivəsində bu istiqamətdə qazanmış olduğu təcrübənin həmkarları ilə bölüşəcəyini, Berkli Universitetində innovativ tədqiqatlar, texnoloji işləmələrin yaradılması və sənayeyə çıxarılması sahəsində formalaşmış ənənənin Kimya İnstitutunda tətbiqi istiqamətində dəstək verəcəyini bildirib.

Daha sonra qonaq Kimya İnstitutunda bəzi innovativ laboratoriyalarda istifadə olunan texnoloji proseslərlə yaxından tanış olub və kimyəvi reaktorların iş prinsiplərinin müasirləşdirilməsi istiqamətində tövsiyələrini verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri