Kin məğlubiyyəti gözə aldı o, Qarabağ la döyüş üçün 10 futbolçuya istirahət verdi!
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
"Qarabağ"ın Çempionlar Liqasının pley-offundakı rəqibi "Ferentsvaroş"un Macarıstan çempionatının 4-cü turu çərçivəsində meydana çıxdığını, evdə "Puşkaş Akademiyası"na uduzduğunu yazmışdıq.
"Football-plus.az" xatırladır ki, bu matçda hesabı 20-ci dəqiqədə qonaqlar açıb. Meydan sahiblərindən Kadu 24-cü dəqiqədə bərabərlik qolunu vurubsa, 71-ci dəqiqədə növbəti dəfə fərqlənən rəqib "yaşıl-ağlar"ı məğlub edib. Beləliklə, bu matça qədər lider olan "Ferentsvaroş" "Puşkaş Akademiyası"nın 1-ci pilləyə yüksəlməsiylə 3-cü sıraya enib.
"Yaşıl qartallar"ın baş məşqçisi Robbi Kinin bu matçda güvəndiyi start heyətinə baxaq: 99. David Qrof, 21. Endre Botka (7. Daniel Arzani, 78), 22. Qabor Salai, 27. İbrahim Kisse, 33. Kadu, 10. Conatan Levi, 5. Nabi Keyta (64. Aleks Tot, 65), 77. Barnabaş Naqi, 16. Kristofer Zaxariassen (23. Bense Etveş, 65), 8. Aleksandr Pesiç (Barnabaş Varqa, 46), 30. Sombor Qruber (75. Lenni Josef, 65).
Göründüyü kimi, Budapeşt təmsilçisinin çalışdırıcısı start heyətində nə az, nə çox - 10 dəyişiklik edib. Daha doğrusu, ilk "11-lik"də aparıcı oyunçulardan yalnız Salai var. Kin oyunsonrası mətbuat konfransında seçimini belə izah edib:
"Bizi çox vacib oyun gözləyir. Bu səbəbdən əvvəlki oyunlarda az şans qazanmış 10 futbolçunu meydana buraxdım. Qalan oyunçular istirahət etdi. İrəli baxmalıyıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Avqust 2025 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















