Kino Agentliyində nələr baş verir? “Apellyasiya Komissiyası gizli keçirilib: şəffaflıq harada qaldı?”
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tahir Tahirov: “Azərbaycan kinosu dialoqa, açıq qərarlara və ədalətli sistemə layiqdir”
Tanınmış rejisor Tahir Tahirov Kino Agentliyini tənqid edib.
“AzPolitika” bildirir ki, o sosial şəbəkə hesabında paylaşdığı qeydlərində adıçəkilən qurumu qeyri obyektivlikdə suçlayıb: “Oktyabrın 31-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin nəticələrinə dair Apellyasiya Komissiyasının yekun iclası keçirilib.Bu iclas bir çox kino ictimaiyyəti üçün maraqla gözlənilirdi. Çünki bir sıra studiyalar və yaradıcı qruplar müsabiqənin nəticələri ilə razılaşmayaraq qərarlara apellyasiya şikayəti vermişdilər. Onlar ümid edirdilər ki, bu mərhələdə ən azı dinləniləcək, arqumentlərini izah etmək imkanı qazanacaqlar.Lakin maraqlı və eyni zamanda narahatedici məqam odur ki, apellyasiya verən şirkət nümayəndələri həmin iclasa dəvət olunmayıblar. Yəni qərarların yenidən nəzərdən keçirilməsi prosesi onların iştirakı olmadan baş tutub”.
Tahir Tahirov vurğulayır ki, bu isə suallar doğurur: “Əgər Apellyasiya Komissiyasının məqsədi şikayətlərin ədalətli və şəffaf şəkildə araşdırılmasıdırsa, onda şikayətçilər niyə dinlənilmir?
Müzakirə qapalı keçirilirsə, obyektivliyin meyarı necə müəyyən olunur?
Əgər bu proses “gizli iclas” prinsipi ilə aparılırsa, o zaman ictimai və peşəkar nəzarət mexanizmi hardadır?”
Apellyasiya mexanizminin hər bir dövlət dəstəkli müsabiqənin ayrılmaz hissəsi olduğunu xatırladan rejisor daha sonra bildirir: “Onun mahiyyəti ondan ibarətdir ki, qərardan narazı qalan tərəflər ədalətin bərpası üçün öz arqumentlərini səsləndirsin, dinlənsin və qiymətləndirilsin. Bu isə dialoqa əsaslanan idarəçilik deməkdir.Təəssüf ki, bu dəfə dialoq yerinə susqunluq və qapalı qərarvermə prosesi seçilib. Halbuki kino kimi yaradıcı sahədə şəffaflıq təkcə formal məsələ deyil və bu, etimadın təməlidir.
Azərbaycan kinosu bu gün bərpa dövrünü yaşayır. Yeni nəsil rejissorlar, prodüserlər, ssenaristlər bu sahəyə yeni nəfəs gətirmək istəyirlər. Amma onların motivasiyasını sarsıdan belə situasiyalar “obyektiv qərar” anlayışına kölgə salır.
Əgər dövlət dəstək mexanizmi şəffaf olmasa, əgər yaradıcılar dinlənilməsə, o zaman ədalətli rəqabətdən və inkişafdan danışmaq çətindir”.
Tahir Tahirov daha sonra suallarını qeyd edib:
“Apellyasiya Komissiyasında hansı prinsiplə qərar qəbul olunub?
Şirkətlərin fikirləri niyə nəzərə alınmayıb?
Bu məsələlərə aydınlıq gətirmək təkcə kino sahəsinin nümayəndələrinin deyil, həm də dövlət qurumlarının reputasiyası baxımından vacibdir.
Dövlətin mədəniyyətə və kinoya dəstəyi böyük və dəyərlidir. Amma bu dəstək şəffaflıq və ədalət prinsipləri ilə müşayiət olunmadıqca, onun təsiri cəmiyyət tərəfindən qəbul edilməyəcək”.
O, vurğulayıb ki, Azərbaycan kinosu dialoqa, açıq qərarlara və ədalətli sistemə layiqdir. Əks halda, biz “kino siyasəti” deyil, sadəcə “kino proseduru”ndan danışmış olarıq.
“Bütün kinematoqrafçılara uğurlar diləyirəm. İstənilən halda qərarınıza hörmətlə yanaşıram amma və lakin həyat davam edir”, - Tahir Tahirov yekunlaşdırıb.
Rasim
“AzPolitika.info”
Baxış sayı:104
Bu xəbər 03 Noyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















