“Kino Agentliyinin saxlanması üçün maliyyə vacibdir” Mədəniyyət nazirinin müavini
Icma.az, Bakupost saytına istinadən bildirir.
“Kino sənayesinin inkişafına dəstək verilməsi xüsusilə vacibdir”.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Nazir müavini bildirib ki, son 2 ildə kino sənayesi sahəsində ölkəmizdə 71 film istehsalına başlanıb: “Bunların 50-si təhvil verilib. Çəkilən filmlərindən 15-i Vətən müharibəsinə həsr edilib. Hazırda Vətən müharibəsi ilə bağlı 5 böyük filmin çəkilişi davam edir. Beynəlxalq kino festivallarında son 5 ildə 30-a yaxın filmimiz iştirak edib. Artıq Kino Agentliyi tərəfindən 7 animasiya filmi çəkilir. Yeni istiqamətlərdən biri tarixi filmlərin çəkilməsidir. Bunun üçün Türkiyədəki tarixi filmlərin çəkildiyi poliqonlar ziyarət olunur. Kino sənayesinin inkişafı hər zaman dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub. Xarici film istehsalçıları tərəfindən ölkəmizdə mədəniyyətimizi tərənnüm edən filmlər çəkiləndə xərclərin 40 %-i Azərbaycan tərəfindən qarşılanır. Bu gün Azərbaycan Respublikasının Kino Agentliyinin saxlanması üçün maliyyə təminatının ayrılması vacibdir”.
Bu mövzuda digər xəbərlər:Mədəniyyət nazirinin müavini: Kino Agentliyinin saxlanması üçün maliyyə təminatının ayrılması vacibdir
12 Noyabr 2025 12:53
Kino Agentliyinin Müşahidə Şurasına sədr təyin olundu
02 May 2025 14:32
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır
30 Aprel 2025 19:02
Kino Agentliyinin baş ofisi Azərbaycanfilm kinostudiyasına köçürülə bilər
10 Oktyabr 2025 11:59
“Azərbaycanda animasiya sahəsində vəziyyət qaneedici deyil” Kino Agentliyinin Baş direktoru
10 Oktyabr 2025 18:09
Baxış sayı:28
Bu xəbər 12 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















