Mədəniyyət nazirinin müavini: Kino Agentliyinin saxlanması üçün maliyyə təminatının ayrılması vacibdir
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kino sənayesinin inkişafına dəstək verilməsi xüsusilə vacibdir.
APA xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar,
Mədəniyyət komitələrinin birgə iclasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Nazir müavini bildirib ki, son 2 ildə kino sənayesi sahəsində ölkəmizdə 71 film istehsalına başlanıb: “Bunların 50-si təhvil verilib. Çəkilən filmlərindən 15-i Vətən müharibəsinə həsr edilib. Hazırda Vətən müharibəsi ilə bağlı 5 böyük filmin çəkilişi davam edir. Beynəlxalq kino festivallarından son 5 ildə 30-a yaxın filmimiz iştirak edib. Artıq Kino Agentliyi tərəfindən 7 animasiya filmi çəkilir. Yeni istiqamətlərdən biri tarixi filmlərin çəkilməsidir. Bunun üçün Türkiyədəki tarixi filmlərin çəkildiyi poliqonlar ziyarət olunur. Kino sənayesinin inkişafı hər zaman dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunub. Xarici film istehsalçıları ölkəmizdə mədəniyyətimizi tərənnüm edən filmlər çəkiləndə xərclərin 40 %-i Azərbaycan tərəfindən qarşılanır. Bu gün Azərbaycan Respublikasının Kino Agentliyinin saxlanması üçün maliyyə təminatının ayrılması vacibdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 12 Noyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















