Icma.az
close
up
RU
Kinomuzun “sürücü Əhməd”i

Kinomuzun “sürücü Əhməd”i

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Elxan  Qasımov – 80 

Tanınmış Azərbaycan kinore­jissoru, aktyor, Əməkdar ar­tist Elxan Qasımov bütün varlığı ilə kinoya bağlı insan olub. Neçə-neçə bədii və sənədli filmdə, “Mozalan” satirik kinojurnalında ən kiçik rollarda belə parlaq çıxışları ilə yadda qalıb. Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Orta məktəb illərində pionerlər evində rəqs dərnəyinə gedib, festival laureatı olub. Sonra idmanla məşğul olub, hətta Naxçıvanın gənclərdən ibarət voleybol komandasında çıxış edib. İlyarım oradakı Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist olan Əminə Dilbazi, Əlibaba Abdullayev, Böyükağa Məmmədov, Xumar Zülfüqarova kimi görkəmli baletmeysterlərdən dərs alıb və ölkə xaricinə qastrollara gedib. 

Elxan sonrakı yarıməsrlik ömrünü bütünlüklə kinoya həsr edib. Bakıda İncəsənət İnstitutunun aktyorluq fakültəsində – Adil İsgəndərovun kursunda Amaliya Pənahova, Əbdül Mahmudov, Xamis Muradov, xanəndə Arif Babayev, Siyavuş Aslan, Lütfiyar İmanov, Şəfiqə Məmmədova ilə eyni qrupda oxuyub. Daha sonra Leninqradda Teatr, Kino və Musiqi İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Onun filmoteka siyahısında 42 adda ekran işinin adı sıralanır. “Gözlə məni”, “İnsan məskən salır”, “İstintaq”, “Köhnə bərə”, “Qatır Məmməd”, “Nəsimi”, “Nizami Gəncəvi”, “O qızı tapın”, “Otel otağı” və sair filmləri qeyd etmək olar. Neçə-neçə bədii və sənədli filmlərin, “Mozalan” süjetlərinin də müəllifi olub. Amma ondan söhbət düşən kimi əksəriyyət məşhur “Əhməd haradadır?” filmindəki sürücü Əhmədi xatırlayıb gülümsəyir. Bu ekran işindəki koloritli oyunu, replikaları, jestləri, xüsusilə də tikinti meydanında rəqs edib yıxılması təbiiliyi ilə seyrçilərin rəğbətini qazanıb. Elə Nərgiz xalanın – Xalq artisti Nəcibə Məlikovanın onun “ZİL” maşınını “qaçırması”, sürücünün qaranəfəs maşının arxasınca qaçması epizodu da yaddaqalan səhnələrdəndir. Rəqqaslığı və maşın sürmək bacarığı onun karına gəlib. 

Mərhum həmkarım Tahir Abbaslı onun 70 yaşı olanda sənətkardan maraqlı müsahibə almışdı. Elxan Qasımovun fəaliyyət arsenalındakı yaradıcılıq “silah-sursat”ından sevgilərlə bəhs etmiş, kino ilə bağlı özəl düşüncələrinə səxavətlə yer ayırmışdı. Elə həmin müsahibədən öyrənmişdik ki, uşaqlığımızın sevimli filmi olan “Əhməd haradadır?” düz 1 ay hər gün “Nizami” kinoteatrının böyük salonunda 4 seansla nümayiş etdirilibmiş. Onda 18 yaşı olan tələbə – gənc aktyor bir neçə günə şöhrət qazanmışdı. İllər sonra da çoxları ona “Elxan müəllim” əvəzinə “Əhməd müəllim” deyə müraciət edirdi. Yəni, öz dili ilə desək, bir obrazla şəxsi-fərdilikdən çıxıb, ümum-ictimai personaya da çevrilə bilib.

(Həyatın istehzasına baxın ki, filmdə Nərgiz xalanın qaçırdığı yük maşınını birtəhər saxlayıb təhlükəni sovuşduran “sürücü Əhməd” – Elxan Qasımov sonralar həyatda başqa bir yük maşınının “sayəsində” sağalmaz yara alıb: oğlu, həm də rejissor olan Samirin qəzaya düşüb həyatını itirməsi ilə hüznlərə gömülüb)... 

Mərhum yubilyar həm də uzun illər kinostudiyada həmkarlar ittifaqının sədri olub və qayğıkeşliyi ilə seçilib, kollektivin diqqət uman qisminə bacardığı qədər maddi və mənəvi kömək edib. Dostlarının dediyinə görə, məşhur kinorejissor Şamil Mahmudbəyovun 100 illiyi ərəfəsində qəbirüstü abidəsinin yenilənməsi də onun təşəbbüsü ilə gerçəkləşib. 

...Elxan Qasımovun rejissurası ilə ərsəyə gələn filmlərdən biri “Biz qayıdacağıq” olub. Filmdə Qarabağ müharibəsi – işğal, Xocalı faciəsi, köçkünlük iztirabları süjet xəttinin əsasını təşkil edir və uşağın dili ilə canlandırılır. Davanın dəhşətləri balaca soydaşımızın gözləri önündə baş verib. Heç bir güc onu öz torpağına qayıtmaq arzusundan döndərə bilmir... Elxan Qasımov filmdə ulu torpaqların həsrətini kino vasitəsi ilə ifadə edib. O, 5 il əvvəl Vətən müharibəsində qazandığımız zəfərlə torpaq həsrətini ovutdu. Amma bu sevinci cəmi 3 il yaşadı. İndi artıq 2 ildir ki, bizləri özünün cismani varlığına həsrət qoyub. 

Ruhu şad olsun... 

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Aprel 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri