Icma.az
close
up
RU
Kinoteatr çeklərində ƏDV niyə geri qaytarılmır? DVX dən AÇIQLAMA

Kinoteatr çeklərində ƏDV niyə geri qaytarılmır? DVX dən AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Redaksiyamıza müraciət edən Bakı sakini bildirib ki, o, “Dəniz Mall” ticarət mərkəzində fəaliyyət göstərən “CinemaPlus” kinoteatrından nağdsız ödəniş edərək bilet alıb, lakin mobil tətbiq vasitəsilə çekdəki QR-kodu skan edən vətəndaş gözlənilməz cavabla qarşılaşıb. Ekranda “Məlumatlandırma!” başlığı ilə göstərilib ki, təqdim olunan çek ƏDV-nin geri qaytarılması üçün uyğun sahəyə aid deyil və bu səbəbdən “ƏDV geri al” sistemindən istifadə mümkün deyil. Hansı ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində fiziki şəxslər teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti kimi mədəniyyət xidmətlərindən nağdsız qaydada istifadə etdikdə, ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 50 faizini geri ala bilər. 

Şikayətçi qeyd edib ki, bu hal eyni yerdə dəfələrlə baş verib. O, hətta digər ticarət mərkəzlərində, o cümlədən "Alov qüllələri"ndə fəaliyyət göstərən kinoteatrlarda da eyni problemlə üzləşdiyini bildirib.

Bəs bu problemin səbəbi nədir? Bu texniki nasazlıqdır, yoxsa qanunvericiliyin tələblərinə əməl olunmur?

Mövzu ilə bağlı Dövlət Vergi Xidmətindən Redaktor.az-a bildirildi ki, ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir:

"Burada çekin tərtibatı ilə bağlı qanunvericiliyin tələbləri göstərilir. Malın və ya xidmətin (işin) adının nəzarət-kassa aparatının çekində qeyd olunmalıdır. Mövcud təcrübədə bir sıra vergi ödəyiciləri tərəfindən istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çeklərində malın adı qeyd olunmur və bu hal vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.
Bu səbəbdən də maliyyə sanksiyalarına məruz qalmamaq üçün vergi ödəyicilərinə sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi təsərrüfat subyektlərində quraşdırılmış nəzarət-kassa aparatlarında müvafiq texniki sazlamaların aparılması və istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çekində qanunla nəzərdə tutulmuş məlumatların əks etdirilməsinin təmin olunması tövsiyə edilir. Eyni zamanda, istehlakçılar belə hallarla qarşılaşdığı halda, yəni vergi ödəyicisi tərəfindən təqdim edilmiş çekdə malın əks olunmadığı halda, bu barədə dövlət vergi orqanlarına müraciət etmələri xahiş olunur. Bir sıra hallarda vətəndaşlar alış-veriş zamanı təqdim olunan kassa çeklərində ƏDV-yə dair QR-kodun və ya fiskal məlumatların oxunmaması ilə qarşılaşa bilərlər. ƏDV məbləğininin geri qaytarılmaması müxtəlif amillərlə bağlı ola bilər. İlk növbədə təsərrüfat subyektinin fəaliyyəti müvafiq kateqoriyaya aid olmalıdır. Digər tərəfdən isə əldə edilmiş xidmətin və ya məhsulun növü “ƏDV geri al” layihəsinin meyarlarına cavab verməlidir. Bəzən belə hallar əsasən texniki səbəblərlə bağlı olur. ƏDV-nin bir hissəsinin geri qaytarılması yalnız üzərində 12 simvollu fiskal İD, ƏDV məbləği və QR-kod olan nəzarət-kassa aparatı çekləri əsasında mümkündür. Vətəndaşlar çekdə qeyd olunan fiskal İD-ni elektron kabinetləri və müvafiq tətbiqlər vasitəsilə skan edə bilərlər. Əgər çekdə fiskal İD tam çap olunmayıbsa və ya QR-kod oxunmursa, bu halda vətəndaşın satış nöqtəsinə müraciət etməklə çekin dublikatını tələb etmək hüququ var".

Xidmətdən onu da qeyd etdilər ki, vergi qanunvericiliyinə əsasən, ticarət və ictimai iaşə obyektləri nağd alışlar zamanı müştərilərə kassa çeki təqdim etməlidirlər:

"Əgər belə olmazsa, onları cərimələr gözləyir. Belə ki, nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. “ƏDV geri al” layihəsi çərçivəsində belə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı proseslərə Dövlət Vergi Xidməti tərəfindən mütəmadi nəzarət edilir. Vətəndaşlar vergi qanunvericiliyinin pozulması halları ilə bağlı qeyri-anonim olaraq www.taxes.gov.az saytının “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, 195-1 çağri mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Aprel 2026 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri