Icma.az
close
up
RU
“Ramiz Mehdiyevin təyin etdiyi indiki və keçmiş deputatlar Mehdiyevi haqlı çıxartmağa yönəlik bəyanatlar verirlər” İQTİSADÇI

“Ramiz Mehdiyevin təyin etdiyi indiki və keçmiş deputatlar Mehdiyevi haqlı çıxartmağa yönəlik bəyanatlar verirlər” İQTİSADÇI

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ramiz Mehdiyevin təyin etdiyi indiki və keçmiş deputatların, məmurların, əlindən tutub siyasətə gətirdiyi, bəzinlərindən “müxalifət” düzəldiyi adamların bir qismi bilərəkdən, ya savadsızlıqlarından Mehdiyevi haqlı çıxartmağa yönəlik bəyanatlar verirlər”.

Gununsesi.infobildirir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli qeyd edib:

“Məsələn, deyirlər ki, Mehdiyev vəzifədə olduğu 24 ildə heç vaxt Türkiyəyə səfər etməyib – axı, bu məlumatı çox asanlıqla, cəmi 3 saniəyə yoxlamaq olar, google də axtarış verən kimi, Mehdiyevin həm 90-cı illərdə, həm də 2010-da Türkiyəyə rəsmi səfərlərinin olduğu görünür.

Belə yalan-yanlış məlumatları tirajlayanlar elə Mehdiyevin əlinə oynayırlar – vətəndaş da baxır, izləyir, görür ki, Türkiyəyə səfərin olmaması ilə bağlı yalan məlumat yayırlarsa, bəlkə elə Mehdiyevin başqa əməlləri ilə bağlı yaydıqları məlumatlar da yalandır?!

Onlar deyə bilərlərdilər ki, kommunist və partokrat kafalı, Kremlin küləyi ilə yelkənlərini dolduran Mehdiyev Türkiyəni sevmirdi, Türkiyə ilə yaxınlaşmağa qarşı idi – bunlar mülahizə, fikir, subyektiv qiymətdir. Amma, faktları təhrif etməklə niyə Mehdiyevə haqq qazandırırlar?! Bəlkə elə ona bu yolla kömək etmək istəyirlər?!

Ən qəribəsi də budur ki, o tipli adamlar indi ağız dolusu, “Mehdiyev seçkilərə müdaxilə edirdi, deputat təyin edirdi”, kimi bəyanatlar da verirlər. Yaxşı, biz zamanında bunları deyəndə bizi niyə həbs edirdiz, təzyiq göstərirdiniz ki?! Əgər seçki saxtakarlığı indi hər tərəfdən təsdiqlənirsə, hakimiyyət bunun üçün məsuliyyət daşımayacaqmı?!

Elə Mehdiyev də onlara oxşayır – xatırlayırsınızsa, AMEA-nı “müxalifət hərəkatına” çevirdiyi vaxtlarda tez-tez siyasi bəyanatlarla, özü də, AMEA-nin rəsmi saytında çıxış edirdi. Mehdiyev o zaman ona qarşı danışan deputatlara, “təyin olunmuşlar”, ona qarşı danışan siyasilərə isə, “avtobus müxalifəti”, “cib partiyaları”, deyirdi. Bəli-bəli, özünün düzəltdiyi “müxalifətlə” eyni ritorikada danışırdılar. Tək eyni dalğada deyil də, həm də eyni “ağıldadırlar””.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri