Icma.az
close
up
RU
Püşkatmanın görünməyən tərəfi: futbol və siyasi oyunlar

Püşkatmanın görünməyən tərəfi: futbol və siyasi oyunlar

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.

2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasiminə qatılanlar arasında İran nümayəndə heyəti də var idi. Onların komandası ikinci səbətdən çıxarılıb Belçikanın olduğu qrupa düşəndə kameralar gülən iranlıları göstərdi.

Bu üç nəfər - baş məşqçi Əmir Qalenoei, federasiyanın icraçı direktoru Mehdi Harati və beynəlxalq əlaqələr direktoru Omid Camali idi.

Görünürdü ki, onların əhvalı yaxşıdır. Halbuki əvvəl deyirdilər ki, ABŞ-nın tətbiq etdiyi məhdudiyyətlərlə razı deyillər və yalnız tam heyətlə gələcəkləri halda püşkatmada iştirak edəcəklər.

Boykotdan imtina etdilərmi? Rəsmi olaraq - yox, amma yenə də zalda idilər.

Reyting.az-ın “The Athletic”-ə istinadla verdiyi məlumata görə, FIFA prezidenti Canni İnfantino məsələyə müdaxilə edib. Oktyabrda hətta baş məşqçi Qalenoeiyə viza verilməyəcəyi gözlənilsə də, sonda razılıq əldə olunub. Necə - bu açıqlanmır. ESPN-ə danışan İran Futbol Federasiyasının mətbuat katibi Əmir Mehdi Ələvi məşqçinin ABŞ-a səfərini “təmiz formalıq” adlandırıb.

“Tehran Times” isə yazıb ki, Ələvinin özünə də viza verilib, amma o, püşkatmaya qatılmayıb.

Püşkatmadan bir gün əvvəl FIFA bəyanat yayaraq iranlıların tədbiri boykot etmək planından imtina etdiklərini və mərasimə üç nümayəndə göndərməyə razılaşdıqlarını açıqladı. Lakin İran Futbol Federasiyasından Ələvinin bəyanatı istisna olmaqla, başqa şərh verilmədi.

İranın boykot niyyəti ABŞ-nın hərəkətlərinə əks reaksiya idi. Bəs niyə iranlılar Amerikaya buraxılmır?

Yayda prezident Donald Tramp 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan etmişdi. O zaman bu qərar belə əsaslandırılırdı ki, həmin ölkələr “yoxlama və məlumat təhlilində qeyri-effektivdir və ABŞ üçün çox yüksək risk yaradır”. Bu siyahıya İran da daxildir - Əfqanıstan, Myanma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Liviya, Somali, Sudan, Yəmən və Haiti ilə birlikdə.

İran futbolu üçün də istisna edilmədi: federasiya prezidenti Mehdi Taca bir neçə dəfə viza verilmədi. Həmçinin onun müavini Mehdi Məhəmmədnəbi və təhlükəsizlik əməkdaşı Mehdi Mələkəbadi də viza ala bilmədilər. Tac “Əl Cəzirə”yə müsahibəsində FIFA prezidenti Canni İnfantinodan kömək tələb edirdi: “Bu, siyasi mövqedir. FIFA belə davranışdan çəkinməyi ABŞ-dan tələb etməlidir”.

İnfantinonu dinləməyən ABŞ Dövlət Departamenti “The Athletic”in sorğusuna belə cavab verib: “Biz mümkün olan hər şeyi edirik, lakin Tramp administrasiyası vizaların verilməsi prosesində ABŞ qanunvericiliyinin, milli və ictimai təhlükəsizlik standartlarının qorunması məsələsində tərəddüd etməyəcək. Ümumiyyətlə, konkret işlərlə bağlı açıqlama verməyəcəyik”.

Ağ evin futbol üzrə işçi qrupunun rəhbəri Endryu Culiani qeyd etmişdi:

“Nümayəndə heyətinin bir hissəsinə viza verilib, digər hissəsinə yox. Hər bir qərar milli təhlükəsizliklə bağlıdır”.

Nəticədə iranlılar seçim qarşısında qaldılar: ya mərasimi boykot etməli, ya da vizası olanları göndərməli idilər. Onlar ikinci variantı seçdilər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://reyting.az
archiveBu xəbər 06 Dekabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri