Kirayə vergisi ilə bağlı YENİLİK Mənzilini müqaviləsiz verənlər CƏRİMƏLƏNƏCƏK?
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Son vaxtlar kirayə mənzillərlə bağlı vergi yükünün azaldılması məsələsi gündəmdədir. Vergi dərəcələrinin aşağı salınması kirayə bazarında şəffaflığı artırmaqla yanaşı, həm də rəsmi müqavilələrin bağlanmasına marağı yüksəltməyi hədəfləyir.
Bəs vergi faizinin endirilməsi gələcəkdə notarial qaydada kirayə müqaviləsinin məcburi olmasına gətirib çıxara bilərmi? Müqaviləsiz mənzil verənləri hansı cərimələr gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, hazırkı şəraitdə vergi dərəcəsinin yüksək olması tərəfləri rəsmi müqavilədən yayınmağa sövq edir.
“Əvvəllər kirayə haqlarından tutulan vergi 14% idi. Sonradan bu rəqəm 10%-ə endirildi. Lakin bu, yenə də kirayə götürən üçün əlavə maliyyə yükü hesab olunur. Çox hallarda kirayə verən şəxslər ödədikləri vergini də kirayə qiymətinə əlavə edərək məsuliyyəti kirayəçiyə ötürürlər. Ona görə hesab edirəm ki, insanların rəsmi müqavilə bağlamasına nail olmaq üçün vergi faizinin daha da aşağı salınması vacibdir”, - deyə vəkil bildirb.
Ramil Süleymanov qeyd edib ki, əslində notarial qaydada kirayə müqaviləsinin bağlanması həm kirayə verən, həm də kirayə götürən üçün hüquqi təminat yaradır:
“Gələcəkdə yarana biləcək mübahisələrdən, qanunsuz davranışlardan qoruyur. Lakin qanunvericilikdə hazırda müqavilə bağlamamağa görə hər hansı cərimə və ya məsuliyyət müəyyən edilməyib. Vergi dərəcələrinin daha optimal səviyyəyə endirilməsi rəsmi dövriyyəni artırar və tərəflərin müqavilə bağlamağa marağını gücləndirər”.
Aygün Hüseyn, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















