Kirkorov 20 yaşlı modelə bahalı saat hədiyyə edib ağladı Video
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Miss Rusiya 2024” və “Miss BRİKS 2026” titullarının sahibi Valentina Alekseyeva 20 yaşını Monakoda qeyd etdikdən sonra Moskvaya qayıdıb.
Axşam.az xəbər verir ki, model doğum gününü paytaxtda dostları və yaxınlarının əhatəsində qeyd edib. Məclisin qonaqları arasında Rusiyanın Xalq artisti Filipp Kirkorov da olub.
Sənətçi Valentinala üzəri brilyantlarla bəzədilmiş “Rolex” saatı hədiyyə edib. Model bahalı hədiyyəni qəbul edərək Kirkorova təşəkkür edib. Lakin bu an ən çox duyğulanan şəxs elə müğənninin özü olub. Kirkorov model ilə foto çəkdirərkən göz yaşlarını saxlaya bilməyib.
Məlumata görə, hədiyyə edilən saatın qiyməti 30 minlə 201 min manat arası dəyişə bilər.
Qeyd edək ki, daha əvvəl Valentina Monakodakı hotel otağında qızılgül buketləri və məşhur brendlərin hədiyyələri arasında fotosunu paylaşmışdı. Kadra üç “Cartier” qutusu, “Chanel”dən iki hədiyyə və “Hermès” paketinin də düşdüyü həmin paylaşımda hədiyyələri modelə kimin təqdim etdiyi açıqlanmayıb.
Baxış sayı:127
Bu xəbər 15 Avqust 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















