Kişi 2 milyon dollar xərcləyib itə çevrildi: Uşaqlıq arzum idi VİDEO
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaponiyada Toko adlı şəxs itə bənzəmək üçün 2 milyon dollar xərcləyib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Toko özünə real kolli cinsli itə maksimum dərəcədə bənzəyən xüsusi kostyum hazırladıb.
Kostyum Yaponiyada fəaliyyət göstərən peşəkar xüsusi effekt şirkəti tərəfindən təxminən 40 gün ərzində hazırlanıb.
Kostyumun daha real görünməsi üçün mütəxəssislər kolli itlərinin bədən quruluşunu, tüklərini və hərəkətlərini ətraflı şəkildə araşdırıblar. Məqsəd kostyumun içərisində insan olduğunun mümkün qədər az hiss edilməsi olub.
Toko bu qərarının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, uşaqlıqdan bəri heyvan olmağı arzulayıb. Bildirilir ki, bu istəyin arxasında məlum hər hansı konkret travma və ya hadisə dayanmayıb.
Toko kostyumu geyindikdə dörd ayaq üzərində gəzir, oyun oynayır, küçəyə çıxır və hətta real itlərlə qarşılaşır. Onun bu görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub. Yaponiyalı kişi indi başqa insanların da müxtəlif heyvan kostyumlarından istifadə edərək oxşar təcrübə yaşaya biləcəyi layihə üzərində çalışdığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 13 Avqust 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















