Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi Abdullah Zubir
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Çox xoşbəxtəm. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Sevincli, çətin oyun oldu. Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Abdullah Zubir UFEA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la (Macarıstan) Bakıda keçirilən cavab matçından sonra "CBC Sport"a açıqlamasında deyib.
Fransalı yarımmüdafiəçi iki oyunun nəticəsinə görə (3:1, 2:3) Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlmələrini şərh edib. O, vurduğu qoldan sonra sevincini baş məşqçisi Qurban Qurbanovla bölüşməsi ilə bağlı da danışıb: "Bu, öz qərarım idi. Onun necə əziyyətlə çalışdığını biliriəm. Zəhmətimizin bəhrəsini görmək bizi sevindirir. Qurbanov buna, bundan da artığına layiqdir".
A.Zubir "Liqa mərhələsində hansı rəqibləri arzulayırsınız" sualını belə cavablandırıb: "İndi bu qələbənin dadını çıxarmaq lazımdır. Çempionlar Liqasında olna bütün komandalar güclüdür. Ümid edirəm ki, püşkatma da yaxşı olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 28 Avqust 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















