Icma.az
close
up
RU
Kişi arvadının başqası ilə münasibətindən şübhələndi: Yataq otağına çağırdı... Şok

Kişi arvadının başqası ilə münasibətindən şübhələndi: Yataq otağına çağırdı... Şok

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmaz rayonunda 1988-ci il təvəllüdlü Yunis şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Tamaranı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Yunis qeyri-rəsmi nikah münasibətində olduğu 1991-ci il təvəllüdlü arvadı Tamaranın 2021-ci ilin oktyabrından ona soyuq münasibət bəsləməsinə, habelə yaşadıqları evin həyətindən yad siqaret kötükləri tapmasına görə ona xəyanət etməsindən şübhələnib.

6 yanvar 2023-cü ildə saat 15 radələrində o, yüngül alkoqol sərxoşluğu halında yataq otağında azyaşlı övladlarının gözləri qarşısında Tamaraya ardıcıl bıçaq zərbələri vurub.

Xaçmaz rayon Mərkəzi Xəstəxanasına vaxtında çatdırılan Tamaranın həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Yunisin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yunis ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hər bir ailədə olduğu kimi həmin günü onun ailəsində də məişət mübahisəsi olub: “Hadisə ailə mübahisəsi səbəbindən baş verib. Arvadımı öldürmək niyyətim olmayıb, içkili olmuşam, əsəbləşmişəm və qorxutmaq niyyətilə onu vurmuşam. Tamaraya yüngül xəsarət yetirmişəm, harasına vurmağıma baxmamışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəllər ailəsində problem olmayıb: “Əsəbləşdiyim üçün hadisəni törətmişəm. Hadisə Tamaranın mənə diqqətsizliyi səbəbində baş verib. Bıçağı mətbəxdən götürərək evdə vurmuşam. Uşaqlar həmin vaxt həyətdə olublar. Qışqırıq olmayıb. Tamaraya iki xəsarət yetirmişəm”.

Təqsirləndirilən şəxs bildirib ki, arvadıyla mübahisləri heç bir dəqiqə çəkməyib, ona təpik vurmayıb: “Arvadıma xəsarət yetirdikdən sonra bıçağı yerə atdım və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Tamaranın sözlərinə görə, 2008-ci ildən Yunislə qeyri-rəsmi ər-arvad münasibətində olub: “Bizim bir qız, iki oğul övladımız var. 2015-ci ildən Xaçmaz rayonunun kəndində yaşamışıq. Hadisə baş verən günədək Yunislə aramızda mütəmadi mübahisə, dava-dalaş olub. 2021-ci ilin oktyabrından Yunislə münasibətlərimiz soyudu. Həmin vaxtdan mübahisələrimiz başladı. Yunis mütəmadi olaraq məni döyürdü”.

Zərərçəkmiş qeyd edib ki, yanvarın 6-da saat 15 radələrində qızı Süsən ona Yunisin küçədə olduğunu deyib:

“Mən küçəyə çıxıb Yunisi evə çağırdım. O, paltar istəyib yataq otağına getdi. Mən də digər otaqdakı şkafdan Yunisin paltarlarını götürərək yataq otağına keçdim. Yunis əynində olan koftanı çıxaranda belindən bıçaq düşdü, o bu dəfə alt paltarı gətirməyimi istədi. Mən otaqdan çıxdıqda qızım Süsən Yunisin həyətdəki şkafın üzərindən bıçaq götürdüyünü dedi.

Süsənə heç nə demədən Yunisin alt paltarını götürüb yataq otağına daxil oldum. Yunis məni yatağın üzərində oturmağa dəvət elədi, söhbət edəcəyini dedi. Bıçağı əlinə aldı və mənə “lotularına güddürürdün məni?” sualını verdi. Sualı anlamadım, ona boş-boş danışdığını dedim. Mən bunu dedikdə Yunis bıçaqla sinə nahiyəmdən vurmağa cəhd elədi. Lakin əlimlə zərbələrin qarşısını aldım”.

Tamara qeyd edib ki, güclü müqavimət göstərmək məqsədilə ayağa qalxıb, Yunisin biləyindən tutaraq bıçaq zərbələrinin qarşısını alıb: “Sonra necə oldusa, mən yerə yıxıldım. Yunis üzərimə çıxaraq məni bıçaqlamağa davam etdi. Artıq mən yorulmağa başladım. Yunis sinə nahiyəmdən bir bıçaq zərbəsi vurmağa nail oldu.

Qızım Süsən otağa daxil oldu, Yunisin biləyindən tutdu və “ata, mənim xətrimə eləmə” dedi. Oğlum Zaur da orada idi.

Yunis uşaqlara “çıxın bayıra” dedi, uşaqlar da qorxaraq otağı tərk etdilər. O, yenidən sinə nahiyəmdən bıçaqlamağa davam etdi. Mən müqavimət göstərdim. Yunis müqavimətimi qırmaq üçün baldır nahiyəmdən də bıçaq zərbəsi vurdu. Sinə nahiyəmdən ikinci bıçaq zərbəsini vurmağa nail oldu. İkinci zərbədən sonra qanım təzyiqlə axmağa başladı. Yunisin boğazımı kəsdiyini, artıq öləcəyimi düşündüm.

Bu vaxt otağa daxil olan bacım Vüsalə Yunisi üzərimdən qaldıraraq otaqdan çıxarmağa başladı. Yunis bıçağı əlindən yerə saldı və “axır ki, istədiyimi etdim” sözlərini dedi. Mən dərhal bıçağı götürərək qarnımın altında gizlətdim”.

Tamaranın ifadəsinə görə, daha sonra bıçağı yatağın yanındakı şkafın altına tullayıb: “Yunis yenidən otağa qayıdaraq “sən hələ ölməmisən?” deyib göz nahiyəmdən təpiklə vurdu.

Otağa anam Fazilə ilə bacım Vüsalə daxil oldu. Onların birgə müqaviməti nəticəsində Yunis evi tərk etdi. Vüsalə təcili tibbi yardım xidmətinə zəng etdi. Təcili tibbi yardım avtomobilinin gec gəldiyini görərək məni qonşumuz Vaqifin avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına apardılar”.

Zərərçəkmiş qeyd edib ki, təxminən 2022-ci ilin sentyabrında Yunisin şalvarının cibindən lezva tapıbmış: “Lezvanı nə üçün cibində saxladığını soruşdum. Mənim şah damarımı kəsmək istədiyini, sonradan fikrini dəyişdiyini dedi. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmədim.

Hadisə baş verəndə qızım Süsən və oğlum Zaur orada olublar. Yunisin övladlarımın gözləri qarşısında bıçaqla xəsarət yetirməsi mənə çox pis təsir etdi”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Yunis 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.

Təqsirləndirilən şəxs qətl niyyətinin olmadığını, zərərçəkmiş şəxslə barışdığını qeyd edib. O, hökmün dəyişdirilməsini, əməlinin Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş edib.

Zərərçəkmiş şəxs də apellyasiya şikayəti verib. O, işə yenidən baxılmasını, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağır olmasını qeyd edib. O, təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı şikayəti olmadığını, himayəsində 3 azyaşlı uşağın qaldığını bildirib.

Şikayətlər araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti qərarı elan ediblər. Qərara görə, nə təqsirləndirilən şəxsin, nə də zərərçəkmiş şəxsin şikayəti təmin olunmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 29 Dekabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

19 May 2025 11:32see192

Gəncədə baş verən dəhşətli olayın ilk görüntüləri yayıldı VİDEO

19 May 2025 12:27see151

Hava limanı yolunda ara işləyən taksi sürücüsünün saxlanılma anı VİDEO

19 May 2025 09:00see137

Media: Yenidən silahlanma Avropa İttifaqının iqtisadiyyatını məhv edə bilər

19 May 2025 12:17see118

İPhone 17 Air batareyası ilə məyusluğa səbəb olacaq

20 May 2025 01:21see116

Baş prokuror Mazin Bin İbrahım Əl Kahmus ilə görüşdü FOTOLAR

19 May 2025 15:02see116

Pensiyalarla bağlı ƏHALİYƏ ŞAD XƏBƏR: Bu tarixdə ödəniləcək KONKRET

19 May 2025 17:18see115

Ərzaq və içki istehsalında sürpriz göstəricilər istehsal və ehtiyat nə qədərdir?

19 May 2025 09:49see115

Toral Bayramov: Ondan sonra bu barədə düşünəcəyik

19 May 2025 12:00see114

Bu kolbasalar böyrəkdə daş yaradır

20 May 2025 11:31see114

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see113

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see113

Sahil Babayev dövlət vəsaitlərini niyə banklara yerləşdirir? Rəsmi cavab

19 May 2025 10:34see113

Nazirin qəbul vaxtı dəyişdi

19 May 2025 12:42see112

Ölümü ilə adını tarixə yazdırdı Yaşasaydı 63 yaşı olacaqdı...

19 May 2025 10:08see111

Filadelfiya Siksers in Dürant planı

19 May 2025 21:04see111

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see110

Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı əsgərlərin xatirəsi ehtiramla yad edilib

19 May 2025 06:21see110

Səhər əhvalınızı yaxşılaşdırmaq olar..?

19 May 2025 21:35see110

Hazırda yağış yağan və külək əsən rayonlar FAKTİKİ HAVA

19 May 2025 16:27see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri