Kişi onunla barışmaq istəməyən arvadını küçədə döydü MƏHKƏMƏ
Sumqayıt Şəhər Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Malik Namazovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 23 avqust 2024-cü il tarixdə, saat 13:20 radələrində Sumqayıt şəhərində yerləşən "ASAN" xidmət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, Malik Namazov keçmiş arvadı, zərərçəkmiş şəxs ilə məişət zəminində mübahisə edib. Sonra o, qadının onunla barışmaq istəməməsinə görə əsəbiləşib. Nəticədə Malik arvadının sifət nahiyəsinə qəsdən sillə ilə bir dəfə vuraraq, onun sağlamlığına yüngül zərər vurub.
Məhkəmədə məlum olub ki, onların aralarında barışıq olub, kişi vurulmuş ziyanı ödəyib, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur.
Kamal Məmmədov