Kişi qadından ancaq namus üstə boşanar
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
“Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən. Elə sevərsən ki, dəli olarsan. Bundan gözəl nə var ki?”.
Axşam.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Sevilən səhər” proqramında deyib. O, boşanmalardan və sevgidən danışıb.
Musiqiçi aparıcı İsa Şükürovun "Açıqlamada demişdiniz ki, kişi qadından ancaq namus üstə boşanar" sözlərinə belə reaksiya verib:
“Bəli, demişəm. Buna aydınlıq gətirə bilmərəm. Bütün ailə quran insanlara xoşbəxtlik arzulayıram. Nəyisə dedin, getdi, "kaş" deməklə qayıtmır. Artıq elə qalmaqallı açıqlamalar vermirəm. Ailəmlə, övladlarımla xoşbəxtəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 12 Oktyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















