Icma.az
close
up
RU
Kişi sağlamlığının ən vacib ŞƏRTİ: Dostlarla həftədə 2 dəfə görüşmək…

Kişi sağlamlığının ən vacib ŞƏRTİ: Dostlarla həftədə 2 dəfə görüşmək…

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Vaxtaşırı dostlarla vaxt keçirmək, sadəcə əyləncə deyil, kişilərin fiziki və psixoloji sağlamlığını qorumağın elmi cəhətdən sübut olunmuş yoludur. Bir neçə saatlıq gülüş, söhbət və birlikdə istirahət kişilərə gərginlikdən qurtulmağa və enerjini bərpa etməyə kömək edir.
Bizim.Media xəbər verir ki, Oksford Universiteti mütəxəssislərinin apardığı araşdırma kişilərin həftədə neçə dəfə dörd ən yaxın dostu ilə görüşməli olduqlarını göstərib.
Araşdırmalar göstərib ki, qadınların özlərini daha yaxşı hiss etməsi üçün 22 gündən bir “qız gecəsinə” ehtiyacı varsa, kişilər üçün müntəzəm ünsiyyət daha da vacibdir.
 

Oksford Universitetinin araşdırmasına görə, kişilər dostları ilə — məsələn, pivə içmək və ya birgə şam yeməyi zamanı daha tez-tez görüşməlidirlər. Sosial və evolyusion neyroelm qrupunun rəhbəri psixoloq Robin Danbar kişilərin yaxın dostları ilə hansı aralıqda görüşməli olduqlarını müəyyən edib.


Alimlər belə nəticəyə gəliblər ki, dostları ilə həftədə ən azı iki dəfə görüşən kişilər sağlamlıq baxımından ən çox fayda əldə edirlər. Onlar maliyyə və ya işlə bağlı problemlər səbəbindən depressiyaya daha az düşür, xəstəliklərdən daha tez sağalırlar.
“Yaxın əlaqələri müxtəlif yollarla qorumaq olar — komanda idmanlarından tutmuş kişilər arasında söhbətlərə və ya sadəcə cümə axşamı birgə pivə içməyə qədər. Amma güclü dostluğun açarı həftədə iki dəfə görüşmək və vaxtı dörd ən yaxın insanla keçirməkdir”, — deyə Danbar izah edib.
Dostluq psixoloji və fiziki sağlamlığa müsbət təsir edir.
 

Məşğul olsalar belə, kişilər birgə istirahət üçün vaxt tapmalıdır. Dostlarla müntəzəm ünsiyyət endorfinləri artırır, narahatlığı azaldır, immuniteti möhkəmləndirir və insanları daha mehriban edir. Lakin kişilərin əksəriyyəti hətta həftədə bir dəfə də görüşməyə vaxt tapa bilmir.


Araşdırma göstərib ki, kişilərin yalnız 40%-i həftədə heç olmasa bir dəfə “kişi gecəsi” edə bilir. Vaxtlarının 20%-ə yaxınını onlayn ünsiyyətə sərf etsələr də, real həyatda görüşlərin dostluğun qorunmasına çox güclü təsiri var.
CAMRA təşkilatının apardığı sorğuya görə, dostluq əlaqələrini qorumağın ən yaxşı yolu kiçik pablar kimi rahat məkanlarda ünsiyyətdir. Belə yerlərdə kişilər daha çox canlı qrup söhbətləri aparır, böyük barlarda isə bu effekt demək olar ki, itir.
Kişilər getdikcə yaxın dostsuz qalır.
 

American Life Survey Center-in məlumatına görə, son 30 ildə kişilər qadınlara nisbətən daha çox dost itkisi yaşayıb. Əgər əvvəllər kişilərin 55%-nin ən azı altı yaxın dostu var idisə, indi bu göstərici iki dəfə azalıb — cəmi 27% kişinin altı və daha çox dostu var.


Kişilərin 15%-nin isə ümumiyyətlə yaxın dostu yoxdur. Bu isə kişilər arasında ciddi tənhalıq və emosional təcrid epidemiyasının göstəricisidir.
Mütəxəssislər bunu sosial stereotiplərlə əlaqələndirirlər: oğlanlara kiçik yaşlardan “dostlara güvənmək” və ya “hisslərdən danışmaq” kimi şeylərin “kişiyə yaraşmadığı” aşılanır. Nəticədə kişilər öz həssaslıqlarını gizlədir və bu da təkliyə daha çox sürükləyir.
Səmimi dostluq olmadan real xoşbəxtlik və sabitlik əldə etmək çətindir.
 

Buna görə də belə əlaqələrin itməsi təkcə şəxsi deyil, həm də sosial problemdir və diqqət tələb edir. Üstəlik, sosial əlaqələr insanın bioloji yaşına belə təsir edir — bunu Oksford Universitetinin tədqiqatı göstərib.


Alimlər müəyyən ediblər ki, isti və stabil münasibətləri olan insanlar daha yavaş qocalır, onların “epigenetik yaşı” pasport yaşından gənc olur və orqanizmdəki iltihab səviyyəsi daha aşağıdır.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Noyabr 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri