Icma.az
close
up
RU
Kişi xəyanət etdi, döydü, boğdu, qadın isə bağışladı Təfərrüat

Kişi xəyanət etdi, döydü, boğdu, qadın isə bağışladı Təfərrüat

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abşeron rayonunda ər arvadını döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrın 28-də rayonun Aşağı Güzdək qəsəbəsində baş verib. 
Gədəbəy rayon sakini, 1985-ci il təvəllüdlü Asim həmin gün saat 22 radələrində yaşadığı fərdi yaşayış evinə gəlib və arvadı Elmira (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Mübahisəyə səbəb isə son zamanlar Asimin arvadına qayğı və diqqət göstərməməsi, həmçinin başqa qadınlarla münasibət qurması olub. Bununla bağlı Elmira ərinə irad bildirib və onu bu səbəbdən günahlandırıb, ayrılmaq istədiyini söyləyib. 
Qısqanclıq və şəxsi münasibətlər zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verən zaman Asim Elmiranın üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri onun sifət, boğaz, baş və bədəninin müxtəlif nahiyələrinə vurub. 
Daha sonra Asim hər iki əli ilə arvadının boğaz nahiyyəsindən yapışaraq sıxıb və onu boğmağa cəhd göstərib. 
Asimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkənə qarşı dəymiş ziyanı tamamilə ödəyib, zərərçəkən də ona qarşı şikayətini geri götürüb. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri