Icma.az
close
up
RU
Kişilər münasibətdə ciddi niyyətlərini nə vaxt deməlidirlər? 1 ay, 1 il?

Kişilər münasibətdə ciddi niyyətlərini nə vaxt deməlidirlər? 1 ay, 1 il?

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Münasibətlərdə ən çox verilən suallardan biri budur, kişi nə vaxt ciddi niyyətini açıqlamalıdır?  Bir ay, yarım il, yoxsa bir il sonra? Mütəxəssislər bildirirlər ki, dəqiq tarix yoxdur, amma statistik göstəricilər və psixoloji siqnallar bu mövzuda müəyyən istiqamət verir.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

Araşdırmalar nə göstərir?

Şotlandiyanın Dandi şəhərində Abertey Universitetinin apardığı sorğuya görə kişilər orta hesabla 97–108 gün sonra (təxminən 3–4 ay) sevgilərini etiraf edirlər, qadınlar isə bunu adətən 122–138 gün sonra (təxminən 4 ay) edirlər.

Ekspertlər bu dövrü “bal ayı mərhələsi”nin sonu hesab edirlər. Bu müddətdən sonra emosiyalar sabitləşir və tərəflər bir-birini daha real şəkildə – həm müsbət, həm də mənfi tərəfləri ilə görməyə başlayır.

Daha uzun gözləmək normadırmı?

Psixoloqlar bildirirlər ki, bəzi cütlüklər daha yavaş inkişaf edir. Kimisi üçün yarım il – etiraf üçün tam normal zamandır.

Amma əgər kişi 8 aydan çox susursa və nə hisslərini, nə də birgə gələcəklə bağlı niyyətini açıqlamırsa, bu, artıq siqnal ola bilər. O, ya hələ hazır deyil, ya da münasibətlərə başqa cür baxır.

Sorğuların nəticələri

İnsanlar sevgilərini neçə müddət sonra etiraf edirlər?

22% – ilk ayda, 30% – 1–3 ay arasında, 18% – 4–6 ayda, 15% – yarım ildən sonra.

Bu, bir daha göstərir ki, “doğru vaxt” anlayışı yoxdur. Əsas odur ki, tərəflər eyni tempdə münasibəti davam etdirməyə hazır olsunlar.

Psixoloji mərhələlər

Stenberqin “Sevgi nəzəriyyəsi”nə görə, sevgi üç hissədən ibarətdir: intimlik, ehtiras və öhdəlik. İlk mərhələdə ehtiras üstünlük təşkil edir və 3–12 ay davam edə bilər. Daha sonra yaxınlıq və məsuliyyət ön plana keçir.

Neyrobioloqlar isə qeyd edirlər ki, ehtiraslı sevgi beyində mükafat mərkəzlərini aktivləşdirir və 18 aya qədər davam edə bilər. Amma əgər bu müddətdə yaxınlıq və ortaq gələcək planı inkişaf etməzsə, münasibət yetkin mərhələyə keçmir.

Əgər o, susursa...

Mütəxəssislərin məsləhətləri belədir:

Vaxt verin. İlk 2–3 ayda ciddi sözlər tələb etmək tezdir.

Əməllərə baxın. Bəzən kişi hisslərini sözdən çox davranışla göstərir.

Açıq danışın. Uzun müddət keçibsə, söhbət etmək ən yaxşı yoldur.

Perspektivi qiymətləndirin. Əgər bir ildən sonra da nə söz, nə də addım yoxdursa – münasibətdə ciddi niyyət olmaya bilər.

Əkişilər münasibətlərin ilk 3–4 ayı ərzində ciddi niyyətlərini dilə gətirirlər. Kimisi bunu daha tez, kimisi yarım ildən sonra edir. Amma illərlə cavabsız gözləmək artıq münasibətin perspektivi barədə düşünməyə əsas verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri